Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko Belarusda tutulan rusiyalı muzdluları Ukraynaya təhvil verməyə hazırlaşır

Belarus prezidenti Aleksandr Lukaşenko iyulun 29-da Minsk ətrafında tutulan rusiyalı muzdluların bir qrupunu Ukraynaya təhvil verməyə hazırlaşır.

Virtualaz.org xəbər verir ki, bu haqda ukraynalı jurnalist Dmitri Qordon Aleksandr Lukaşenko ilə müsahibədən sonra bildirib.

Qordon “Azadlıq” radiosunun rus xidmətinə müsahibəsində deyib ki, Lukaşenko ilə müsahibəni daha sonra internetdə yerləşdirəcək. Onun sözlərinə görə, Lukaşenko bildirib ki, Minsk saxlanılan rusiyalıları Kiyevə və Moskvaya təhvil vermək niyyətindədir.

“Prokurorluğa və digər hüquq-mühafizə orqanlarına yaşıl işıq yandırılacaq ki, Belarus qanunvericiliyinə uyğun olaraq bütün zəruri addımlar atılsın”,-Qordon qeyd edib.

Lukaşenko bildirir ki, Minsk ətrafında tutulan muzdlular Rusiya özəl hərbi şirkətinin yaraqlılarıdır və onlar avqustun 9-da keçiriləcək prezident seçkiləri zamanı Belarusda vəziyyəti qarışdırmaq üçün göndəriliblər. Rusiya tərəfi bu iddianı rədd edir və həmin rusiyalıların özəl şirkətlə bağlanmış müqavilə əsasında Belarus üzərindən üçüncü ölkəyə getməyi planlaşdırdıqlarını bildirir.

Qordonla müsahibədə Lukaşenko qeyd edib ki, “cinayətarlar” Ukrayna və Rusiya dövlətlərinə təhvil veriləcək. Bundan əvvəl Ukrayna prezidenti belaruslu həmkarından muzdluların bir qrupunu təhvil verməyi xahiş edib. Onlar daha əvvəl Donbassda separatçıların tərəfində döyüşənlərdir.

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »