Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siyavuş Novruzov: "Naxçıvanın büdcəsi mütləq artırılmalıdır"

“Bu gün Ermənistanın ən çox qorxduğu Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordudur”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, dövlət büdcəsindən Naxçıvana əlavə 1 milyon 300 min manat vəsaitin ayrılması nəzərdə tutulub: “Biz Naxçıvanı qorumalıyıq. Onun üçün əhalinin sosial müdafiəsi və ordumuzun təchizatı yüksək olmalıdır. Yenə də deyirəm, bu gün Ermənistanın ən çox qorxduğu Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordudur. Maliyyə Nazirliyi bu məsələyə baxsın. Naxçıvanın büdcəsi mütləq artırılmalıdır. Biz bu məsələyə həssas yanaşmalıyıq”.

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Düşmənin atəş nöqtələri, komanda idarəetmə məntəqəsi məhv edilib - Video
››› Ali Baş Komandan: “Azərbaycanın qarşısında heç kim dura bilməz”
Son xəbərlər
Bütün xəbərlər »