Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
TRT Twitter ərəb dilində Azərbaycan həqiqətlərini yaydı - Video

Türkiyənin TRT xəbər kanalı Ermənistanın Azərbaycanın Tovuz rayonuna, dinc sakinlərə hücumu barədə xəbərlər yaymaqda davam edir.

TRT-nin Twitter hesabında bu dəfə ərəb dilində yayım edilərək Azərbaycan həqiqətləri dünyaya çatdırılıb. Süjetdə bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçib.

Azərbaycan tərəfinin də qarşı tərəfə cavab atəşi açması və düşmənin atəş nöqtələrini məhv etməsi, eləcə də baş verən insident zamanı Azərbaycan ordusunun 11 nəfər hərbi qulluqçusunun şəhid olması barədə danışılıb. Eləcə də, Azərbaycan XİN-in məsələyə münasibəti verilərək, Türkiyənin bu haqq savaşında Azərbaycanın yanında olması bəyan edilib. Ermənilərin Tovuz rayonunda məhz dinc sakinləri hədəfə alması, Tovuz rayonunun Dağlıq Qarabağa aid olmaması da xüsusi diqqətə çatdırılıb.

Paylaş »
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »