Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
”Belə həssas bir məqamda dövlətimiz geniş sosial-iqtisadi tədbirlər həyata keçirir” - Deputat

“Belə ki, yeni növ koronavirus infeksiyasının dünya ölkələrini kəskin böhran və itkilərlə, sosial-iqtisadi problemlərlə üz-üzə qoyduğu son dönəm dövlətlər üçün bir sınaq oldu”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cədərov bildirib.

Müşfiq Cəfərov Müşfiq Cəfərov

Deputat qeyd edib ki, Azərbaycan pandemiya dövründə siyasi sabitlik göstərən, həmçinin sosial-iqtisadi inkişaf edən dövlətlər sırasında dayanır: “Bütün ölkələrin bir ortaq cəhəti səhiyyə sisteminin infrastrukturuna yeni investisiyaların yatırılmasıdır. Bu baxımdan, Azərbaycanda yeni tibb müəssisələrinin açılması, səhiyyə işçilərinin əməkhaqlarının əsaslı şəkildə artırılması kimi tədbirlərdə xüsusilə fərqləndiyini qeyd edə bilərik. Eyni zamanda Azərbaycanın əlavə olaraq, iqtisadi təşviq proqramının həcminin 1 milyard AZN vəsaitdən 2,5 milyard AZN-ə kimi (ÜDM-in 3,1 faizi) kimi artırılması nəzərdə tutulur ki, bunu da təkcə anti-krizis tədbirləri kimi deyil, iqtisadi genişlənmə, kredit ekspansiyası və məcmu tələbin stimullaşdırılması proqramı kimi qəbul edilir.

Həmçinin Azərbaycanın anti-böhran paketi həm geniş spektrləri əhatə etməsi, yəni demək olar ki, zərər çəkmiş bütün iqtisadi sektoral fəaliyyətləri nəzərə alması, inklüzivlik və sosiallıq prinsiplərini özündə ehtiva etməsi, yardım paketinin ümumi həcmi və ÜDM-də xüsusi çəkisi üzrə yüksək göstəriciyə malik olması və digər xüsusiyyətlərinə görə analoji proqramlarla müqayisədə kifayət qədər fərqlənir”.

Müşfiq Cəfərov hesab edib ki, belə həssas bir məqamda dövlətimiz tərəfindən də geniş tədbirlər həyata keçirilir və keçirilməyə də davam edəcək: “Pandemiya dövründə dövlətlərin iqtisadi iştirakçılığının azalması həmçinin həyat standartlarının dəyişməsi işsizliklə mübarizədə alternativ mexanizmlərin inkişaf etdirilməsi zərurətini yaratdı. Hazırda işsizlik problemi ilə mübarizədə effektiv mexanizmlərdən biri özünüməşğulluq hesab edilir.

Azərbaycanda Özünüməşğulluğun inkişaf etdirilməsi üçün ilk təşəbbüslər təxminən 2000-ci ildən başlayıb. 2016-cı ildən sonra isə bu istiqamətdə birbaşa dövlətin iştirakçılığı təmin edildi.

Azərbayacanda iqtisadi konyuktur, inkişaf dinamikası və əmək bazarının mövcud vəziyyətini nəzərə almaqla özünüməşğulluğu dəstəkləyən mexanizmlərinin daha da inkişaf etdirilməsinin vacibliyi bir daha gündəmə gəldi.

Ölkəmizdə 2016-cı ildən etibarən əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində dövlət səviyyəsində özünüməşğulluq proqramının tətbiqinə başlanılıb. Pandemiya dövründə Proqramda bütün ölkə ərazisini əhatə etməklə aztəminatlı ailələrə hədəflədi”.

Deputat qeyd edib ki, beləliklə dövlət səviyyəsində özünüməşğulluq proqramı icrası dünyada ilk dəfə Azərbaycanda baş tutub: “Ümumilikdə isə Azərbaycan dövlətinin özünüməşğulluq proqramının əsas məqsədlərinə aztəminatlı ailələrinin sosial təminatının gücləndirilməsi, fiskal yükün azaldılması, dövlətdən asılılığın özünütəminetmə ilə əvəzlənməsi, gəlirlərin dayanıqlığının təmin edilməsi və sahibkarlığın inkişafı kimi hədəflər hesab edilir. Bu ilin 8 ayı ərzində artıq 4589 nəfər proqram çərçivəsində təlimlərə cəlb olunub və 3052 nəfər təlimləri bitirib. Proqrama cəlb edilənlərin 16,4 faizi Bakı və Sumqayıt şəhərlərinin, 83,6 faizi digər şəhər və rayonların payına düşür. Proqram iştirakçılarının 47 faizə qədərini sosial müdafiəyə xüsusi ehtiyacı olan həssas əhali qruplarına aid şəxslər təşkil edir. Bu ilin 8 ayında proqrama cəlb olunanlar sırasında həssas kateqoriyalardan olan şəxslər 2555 nəfərdir.

Düşünürəm ki, bu proqram ölkədə işsizlik və yoxsulluqla mübarizədə effektli mübarizə üsuludur. Pandemiya dövründə isə xüsusilə vətəndaşların təminatı baxımdan effektiv üsul olacaq.

Hazırki iqtisadi durğunluq gözlənilməz idi. Bu səbəbdən belə vəziyyət dövlətlərin bir çox sahəsini hərəkətsiz qoyub. Bu vəziyyətdə ən çox zərər məhz gündəlik qazancla məşğul olan şəxslərə dəyir. Dövlət bunun üçün müəyyən sosial yardım paketləri həyata keçirdi. Dövlət sahibkarlara dəstək paketləri də yaradıldı və bundan istifadə edən sahibkarlara yenidən həmin məbləğdə dəstək olunacaq.

Hazırda dövlətin əsas məqsədi pandemiyadan zərər çəkmiş bütün sahələri ayaqda saxlamaq və vətəndaşların rifahını təmin etməkdir”.

Ramid İbrahimov

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »