Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenkonun əsas rəqibi Merkeldən kömək istədi

Avqustun 9-da Belarusda növbəti prezident seçkilərinin keçirilməsi nəzərdə tutulub. Aleksandr Lukaşenko 26 illik hakimiyyətdən sonra yenə mübarizəyə qoşulub. Ona heç vaxt olmadığı qədər müqavimət göstərilir.

Bizimyol.info xəbər verir ki, Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya Minskdə, bir çox böyük şəhərlərdə çoxminlik mitinqlər keçirir.

Svetlana Tixanovskaya Svetlana Tixanovskaya

Lukaşenko mümkün qədər ona mane olmağa çalışır. Mitinq keçiriləcək yerlər təmir adı ilə bağlanır. Ciddi təzyiqlə üzləşən Tixanovskaya Almaniya kansleri Angela Merkelə müraciət edib. O, alman siyasətçidən kömək istəyib: “Xanım Merkel, Lukaşenko ilə əlaqə saxlayın. Ona deyin ki, biz müharibə istəmirik. Yeganə istəyimiz ədalətli seçkilərdir”.

Aleksandr Lukaşenko Aleksandr Lukaşenko

Tixanovskaya “Bild”ə müsahibəsində Lukaşenkonu ciddi tənqid edib. Prezidentin əsas rəqibi onu Belarusu talan etməkdə günahlandırıb. Tixanovskaya həyatına görə qorxuğunu da deyib.

Qadın siyasətçinin həyat yoldaşı Sergey Tixanovski prezidentliyə namizədliyini irəli sürməyə hazırlaşanda həbs olunmuşdu. Blogerin ardınca Belarus hakimiyyəti “Belqazprombank”ın keçmiş rəhbəri Viktor Babarikonu da saxlamışdı. Yüksək texnologiyalar parkının təsisçisi Valeri Tsepkalo bu aqibəti yaşamamaq üçün ölkəni tərk edib. Məhz bu üç nəfərin həyat yoldaşı ittifaq yaradaraq Lukaşenko ilə mübarizəyə qoşulub. Üçlüyü seçkidə Tixanovskaya təmsil edəcək.

Son xəbərlər
Bütün xəbərlər »