Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə dolların dəyəri yenə artmağa başladı

Türkiyədə hökumət iyul ərzində əlindən gələni etdi ki, lirə ciddi dəyər itirməsin. Çünki may-iyun ayları ağır keçmişdi. Dollara nisbətdə tarixi antirekord qeydə alınmışdı.

Bizimyol.info xəbər verir ki, Türkiyədə dolların dəyəri yenə artmağa başlayıb. Prosesi “lirənin dəyər itirməsi” də adlandırmaq olar. Avqustun 5-də dolların lirəyə nisbəti müəyyən fasilədən sonra yenə 7 psixoloji həddini keçib. Avro isə 8.3 lirədən baha təklif olunur.

İstanbul İstanbul, Türkiyə | Foto: Pixabay.com

Lirə ilin əvvəlindən dollara nisbətən 16 faiz dəyər itirib. Mütəxəssislər Türkiyə Mərkəzi Bankının qərarlarının burada xüsusi rol oynadığını düşünür. Faiz dərəcəsinin 24-dən 8.5-ə salınmasının lirəyə ziyan vurduğunu hesab edirlər. Çünki bu halda xarici investorların lirəyə marağı azalıb. Halbuki inflyasiya faizinin yüksəkliyi bu qərara ehtiyatlı yanaşmanı istəyirdi.

Lirənin dəyər itirməsi ölkə iqtisadiyyatına ciddi təsir göstərir. Hər şeydən əvvəl idxal xərcləri artır. Təbii qaz və benzinin qiymətinin artması da vəziyyəti pisləşdirir. Bu həm də inflyasiyanın yüksəlməsi ehtimalı deməkdir.

Son xəbərlər
Bütün xəbərlər »