Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya ucuz neftə görə milyardlar itirib

Neft avqusta da yüksək dəyərlə başlamayıb. Avqustun 5-də uzun fasilədən sonra ilk dəfə “Brent”in bir bareli 46 dollardan baha təklif olunur. Halbuki qiymətin iki dəfə ucuz olduğu vaxtlar var idi.

Bizimyol.info xəbər verir ki, ucuz neft Rusiya iqtisadiyyatına böyük zərbə vurub. Qonşu ölkə büdcəsi iyulda bu səbəbdən 92.5 milyard rubl (1.3 milyard dollar) itirib. Rusiya Maliyyə Nazirliyi bununla bağlı məlumat yayıb.

Avqustda da itkilərin olacağı qaçılmazdır. İtkilər üzündən Maliyyə Nazirliyi bu ay rubla dəstəyini azaldacaq. Büdcə qaydalarına görə, avqustun 7-dən sentyabrın 4-nə qədər bu istiqamətdə 64.9 milyard dollar xərclənəcək. Hər gün 3.1 milyard rubl həcmində valyuta satılacaq. Məsələn, iyulun 8-dən bu günə qədər gündə 5.7 milyard rubl həcmində valyuta satışa çıxarılırdı. Təxminən son bir ayda milli pulun dəstəklənməsinə 125.6 milyard rubl sərf olunub.

Büdcə qaydaları belədir ki, rus neftinin bareli 42.4 dollardan baha satılanda əlavə gəlir Milli Rifah Fonduna yönləndirilir. Ucuz satış isə büdcə kəsirini aradan qaldırmaq üçün bazara valyuta çıxarılması zəruriyyəti yaradır.

Neft qiymətləri bu ilin martında aşağı düşüb. Əvvəlcə Rusiyanın Səudiyyə Ərəbistanı ilə yola getməməsi, ardınca epidemiyanın daha sürətlə yayılması yanacağın dəyərinə böyük təsir göstərib. İyulda “Urals” orta hesabla 40.34 dollara satılıb. Rusiya Mərkəzi Bankı bu ilin orta qiymətinin 38 olacağını proqnozlaşdırır. Gələn isə qiymətin 40 civarında olacağı ehtimal edilir.

Son xəbərlər
Bütün xəbərlər »