Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiyanın turizm şirkətinin Azərbaycanla bağlı məqaləsinə XİN-dən cavab

Yaponiyanın “Adventire.İnc” turizm şirkətinə məxsus olan “Skyticket.jp” internet səhifəsində yerləşdirilən Azərbaycanla bağlı məqaləyə münasibət öyrənmək üçün Bizimyol.info-nun Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) göndərdiyi informasiya sorğusuna cavab verilib.

Qeyd edək ki, məqalədə Azərbaycanın müharibə şəraitində olmasına və ölkədə təhlükəsizliklə əlaqədar məqamlara diqqət çəkilib.

Leyla Abdullayeva Leyla Abdullayeva

XİN-nin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın Bizimyol.info-nun sorğusuna verdiyi cavabda Yaponiyanın “Adventire.İnc” turistik şirkətinə məxsus olan “Skyticket.jp” internet səhifəsində Azərbaycan ilə bağlı yerləşdirilmiş məlumatın dəqiq tərcüməsi ilə tanış olmağı tövsiyə edib: “Bu məqalədə Azərbaycanın turizm potensialı barədə dolğun məlumat təqdim edilir. Məlumatda Azərbaycanın müharibə şəraitində olması, ölkədə təhlükəsizliklə əlaqədar qeyd olunan məqamlara gəldikdə isə bildirmək istərdik ki, Azərbaycan Yaponiya XİN-i tərəfindən səyahət üçün birinci dərəcəli ölkələr sırasına daxil edilib. Yaponiya XİN-i xarici ölkələrə səyahətlə bağlı dörd səviyyə müəyyənləşdirib. Birinci səviyyə onu bildirir ki, Yaponiya vətəndaşları bu ölkəyə ehtiyat ilə səfər etməli, 2-ci səviyyə, mümkün qədər səfərlərdən çəkinmək, 3-cü səviyyə səfərləri tam dayandırmaq, 4-cü səviyyə isə səfərlərin tam qadağan edilməsi anlamına gəlir. Vurğulamaq istərdik ki, Azərbaycan hər zaman Yaponiya tərəfindən birinci dərəcəli ölkələr sırasına daxil edilib. Son zamanlar bütün dünyada, eləcə də ölkəmizdə qlobal COVİD-19 pandemiyasının yayılması ilə əlaqədar ölkəmiz üçüncü səviyyəyə daxil edilib”.

Nazirlikdən bildirilib ki Azərbaycanda, xüsusilə də paytaxt Bakı şəhərində təhlükəsizlik səviyyəsinə gəldikdə isə, müvafiq tədqiqat institutlarının rəyinə əsasın ölkəmizin təhlükəsizlik indeksi yüksək səviyyədədir: “Xatırladırıq ki, 2025-ci il Ümumdünya EXPO sərgisinə ev sahibliyi etmək hüququ ilə bağlı kampaniya zamanı Yaponiya tərəfi Bakı şəhərinin təhlükəsizlik səviyyəsinin Osaka ilə eyni səviyyədə olduğunu qeyd olunub.

Qeyd etmək istərdik ki, ölkəmizin Yaponiyada Səfirliyi “Adventire.İnc” şirkəti ilə əlaqə saxlayaraq onlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun doğurduğu nəticələr, xüsusilə də Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfərlərin doğura biləcəyi nəticələr və bu kimi səfərlərdən çəkinmək ilə bağlı ətraflı məlumatı təqdim edib. Səfirliyimiz, habelə Azərbaycanda təhlükəsizliyin təmin olunması ilə bağlı yüksək göstəricilər barədə qarşı tərəfi məlumatlandırıb”.

Xarici İşlər Nazirliyi şirkətin saytında Azərbaycanın turizm potensialı ilə bağlı məlumatdan qısa çıxarış göndərib. Çıxarışda qeyd edilib:

Bakı: keçmişi və gələcəyi özündə birləşdirən Azərbaycanın paytaxtı

Azərbaycanın paytaxtı Bakı şəhərinin müxtəlif görməli yerləri var, əksəriyyəti şəhərin irsindən və burada gedən modernizasiya prosessindən bəhs edir. Bakı Şərq mədəniyyəti ilə Qərb mədəniyyətini özündə birləşdirdiyi üçün yaxında yerləşən digər şəhərlərdən fərqlənir. Azərbaycanda bir çox tarixi və müasir görməli yerləri var. Bura səyahət etmək üçün çox gözəl məkandır. Odlar Yurdu kimi də tanınan Azərbaycan Xəzər dənizinin sahilində yerləşir. Qərbi Asiya və Şərqi Avropa arasında yerləşən ölkədə Qərb və Şərq mədəniyyətlərinin qarışığı mövcuddur, bu isə öz növbəsində turistlərin hər iki mədəniyyət ilə tanış olmaq şansını artırır. Azərbaycandakı görməli yerlərin sayının çox olması səbəbindən siyahını ziyarət edilməli ən gözəl olan 10 turizm məkanına qədər azaltdıq.

1. İçəri şəhər

2. Fəvvarələr meydanı

3. Azərbaycan Xalça Muzeyi

4. Qız Qalası

5. Şirvanşahlar Sarayı

6. Heydər Əliyev Mədəniyyət Mərkəzi

7. Şəhidlər Xiyabanı

8. Müasir İncəsənət Mərkəzi YARAT

9. Alov qüllələri

10. Atəşgah (Hər bir məkan haqqında dolğun məlumatlar da yer almışdır)

Bakı dünyanın xüsusi özəlliyi ilə fərqlənən şəhərlərindən biridir, çünki həm şərq, həm də qərb mədəniyyətləri bu şəhərdə bərabər yaşamağa davam edir. Bakıya səyahət edərkən yuxarıda göstərilən on istiqaməti görməli yerlər siyahısına mütləq əlavə edin. Azərbaycan səyahət etmək üçün bir neçə ideal və gözəl turistik məkana malikdir. Azərbaycanın ən çox görməli yerlərindən biri tarixi abidələrdir, bu isə turistlərə ölkənin zəngin tarixi haqqında geniş məlumat verir. Odlar Yurdu adlanan ölkəni tamamilə dərk etmək şansını müasir görməli yerlər verir. Səyahət edənlər nəinki görməli yerləri gəzərək Azərbaycanın zəngin tarixinə toxunmaq, həm də ölkənin təsirli memarlıq əsərlərindən yaranmış zəngin sənəti ilə tanış ola biləcəklər.

Düzəlişə ehtiyac olunan bəndlər

Azərbaycan bir çox turistik məkanlara malik olan bir ölkə kimi tanınır. Rusiya Federasiyası ilə İran arasında yerləşir, ərazisi təxminən 90.000 kvadrat kilometrdir. Yaponiya ilə müqayisədə daha kiçik ölkədir. Görməli yerləri gəzəndə təhlükəsizliyi nəzərə almaq vacibdir.

Məqalədə Azərbaycanı gəzərkən nəzərə alınası bəzi məqamları müzakirəsi:

1. Təhlükəli vəziyyətlərə qatılmamaq üçün ehtiyatlı olun

Münaqişələr Azərbaycanın bir çox yerində baş verir. Xüsusilə, Dağlıq Qarabağda. Dağlıq Qarabağa yaxın ərazilərdə bəzən qarşıdurmalar baş verir. Belə bir ərazini ziyarət etmək təhlükəli vəziyyətə düşməyə səbəb ola bilər. Görməli yerləri seçəndə yaxşı bir ərazini seçmək məsləhətdir.

Bundan əlavə, yaponları hədəfə alan terror aktları Azərbaycanda olmasa da, terrorizm dünyanın əksər ölkələrində tez-tez baş verir. Vəziyyəti başa düşmək və şəxsi təhlükəsizlik məsələlərini diqqətlə düşünmək vacibdir.

2. Gecə saatlarında tək gəzməyin

Azərbaycanda cinayətlər mövcuddur. Bununla bağlı təhlükəsizlik səviyyəsinin Yaponiyadan daha zəif olduğunu demək olar. Yaponiyanın Xarici İşlər Nazirliyinin məlumatlarına əsasən, 2019-cu ilin avqust ayından etibarən, ikinci Dubay kimi tanınan paytaxt Bakıda təhlükəsizlik riski 1 səviyyədədir. Son illərdə oğurluq kimi cinayətlər artmaqdadır. Buna görə də görməli yerləri gəzirsinizsə, oğurluq qurbanı ola bilərsiniz. Hansı ərazilər təhlükəsizdir? Bu barədə düşünə bilərsiniz.

Azərbaycanda harada olmağınızdan asılı olmayaraq, gecə saatlarında tək gəzməyin. Həqiqətən gecə küçəyə çıxmağa ehtiyacınız varsa, etibar etdiyiniz birinin yanında olmaq ağıllı fikirdir. Xüsusilə bir qadınsınızsa, diqqətli olun.

Xülasə

Azərbaycan ilk baxışdan təhlükəsiz görünsə də, bəzi ərazilər təhlükəli hesab olunur. Xüsusilə münaqişə ərazilərində çox təhlükəlidir. Təvazökar olmalısınız və hər zaman ehtiyatla davranmalısınız. Yayımlanan son ictimai təhlükəsizlik məlumatlarına da diqqət yetirmək vacibdir! Bəzi hallarda, yaxşı məlumatlara əsaslanaraq erkən davranaraq təhlükədən qaçınmaq olar. Təhlükəli ərazilərdən uzaq durmaq və cibgirlərlə rastlaşmamaq üçün diqqətli olun.

Ramid İbrahimov

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »