Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müğənnilər etiraz edirlər: Toyların gecikdirilməsi milıyonları ac qoyub

Bu gün sosial şəbəkələrdə müğənni Niyam Salaminin qadağalardan şikayətlənməsinə hərə bir cür cavab verib.

Bəziləri toylar başlasın, müğənnilər işsiz qalıb deyir, bir çoxları da indiyəcən yığdıqlarını satıb yesinlər deyirlər. Təbii ki hər kəsin öz savaşı var və öz dərdi özünə dəvə boyda görünür. Qapanmanın uzadılmasını məşhurlar necə dəyərləndirirlər? Gəlin öz dillərindən eşidək.

Nazpəri Dostəliyeva Nazpəri Dostəliyeva

Nazpəri Dostəliyeva

İnsanları çox gözəl başa düşürəm, əsəblər gərginləşib, onlar daha da aqressivləşiblər. Hər gün evinə 5 manat qazanc gətirən insanlar bu gün onu edə bilmirlər. Körpələr axı başa düşmür qadağa, xəstəlik nədir. Biz müğənnilərin də gəliri toylardandır. Elə müğənnilər var ki, kirayə evdə yaşayırlar, ruzisiz-çörəksiz qalıb əziyyət çəkirlər. Həm də tanınmış bir sima axı necə gedib hansısa başqa işdə işləyə bilər? İndi lap qadağa götürülsə də, qarşıdan Məhərərəm və Səfər ayları gəlir ki, həmin vaxtlarda da toy olmur. Ümidimiz Məhərrəmlikdən sonraya qalıb. Xalq artisti adına görə bizə verilən pula heç vaxt toxunmamışdım. İndi o köməyimizə çatır. Deməli, o pul bu günlər üçün lazım imiş. Mən tək deyiləm, bacım-qardaşım, doğmalarım, onların balaları var ki, heç yerdə işləmirlər, hər birinə də əl tuturam".

Elnarə Xəlilova Elnarə Xəlilova

Elnarə Xəlilova

İndi guya sms icazəni ləğv elədiz ki, evdən rahat çıxa bilək? Hara gedə bilərik ki? Kafe yox. Mağaza yox. Rayona yol yox, şəhəri dolaşmağa çıxaq? Məgər biz heyvanıq, siz də sahibimiz? Pardon, qeydiyyatla və maska ilə soyuq havada dənizə icazə vermisiz, başımıza dəysin! İcazəni də elə vermisiz ki, heç kəs heç nə eləmək istəmir. Ha vurub toplayırıq ki, hara gedək, nə edək, ağlımıza heç nə gəlmir. Bu gedişlə toylara da Məhərrəm ayında icazə verərsiz ki, heç kəs yenə də toy edə bilməsin.

Kamran Həsənli Kamran Həsənli

Aparıcı Kamran Həsənli:

O böyüklükdə toy sənayesini iflic eləməklə ölkə iqtisadiyyatını söndürüblər. Toy deyib, Şadlıq Evi deyib keçməyin. Şadlıq evindən minlərlə insan öz ailəsinə çörək aparırdı, Fotoqraf, aşpaz, qarson, elektrik, ora ərzaq verən, içki verən, ət verən,müğənni, rəqqas, dərzi, gözəllik salonları, süpürgəçi, administratoq və.s. Bu insanların hamısının çörəyi toy biznesindən çıxırdı.Minlərlə belə insan işsiz qalıb və onların ailə sahibləri olduğunu nəzərə alsaq indi ölkəmizdə milyonlar toylar olmadığına görə əziyyət çəkir.

Nadir Qafarzadə Nadir Qafarzadə

Nadir Qafarzadə:

Bir neçə gündür müşahidə edirəm, susuram, üstümə gəlirsiz. Məndən nə istəyirsiniz? Sizə nə etmişəm? Xəstəliyi Azərbaycana gətirmişəm, işsizliyi mən yaratmışam? Nə pisliyimi gördünüz?".

Nadir Qafarzadə sosial şəbəkədə deyib. Sənətçi onunla bağlı paylaşılan "Nadir deyirdi mənim soyuducum doludur, professorun yox" sözlərinə aydınlıq gətirib. İfaçı bildirib ki, heç vaxt elə söz işlətməyib:

"Hər zaman ehtiyacı olanların yanında olmuşam, bir əlim paylayıb. Deməli, düz etməmişəm. Kimsə yazıb Nadir deyir professor acdı, mən yox. Niyə soruşmursuz ki, Nadir bunu harada deyib? Sosial şəbəkədəkilər cahildir, savadısızlıq bu ölkədə çoxdur. Mövzu bitdi, keçdiz Nadirə?

Bir neçə gün əvvəl şəhid üçün ağlayıb, bayraq qaldırırdız. İndi nə oldu? Oturun yerinizdə, dərdinizi çəkin. Bir şey olanda keçirsiz kompüter arxasına başlayırsız Nadiri pisləməyə. Bu müddətdə mən və həmkarlarım kimlərə əl tutmadı. Yaxşılıq etmək lazım deyilmiş, insan çiy süd əmib. Yaxşı edir bəzi məmurlar sizin haqqınızı, pulunuzu yeyir".

Nura Suri Nura Suri

Nura Suri:

Nura Suri qadağa dövründə tikinti şirkətində işə başlayıb. Hər zaman sosial problemləri qabartmaqla xalqın müsbət rəyini qazanan müğənnini bu dəfə möhkəm əsəbləşdiriblər.

Kim ki, müğənnilərə “manıs” deyir, bütün problemlərdə müğənniləri müzakirə obyektinə çevirir (qorxaqlığından, çünki evdə arvadına, ərinə, işdə rəhbərinə və s. sözünü deyə bilmir), “xalqın puluyla” falan kimi cümlələrdən istifadə edir dostluğumu tərk etsin. Sizin kimi qorxaq, dayaz düşüncəli insanlarla heç virtual da dost olmaq istəmirəm.

Müğənni sizin cibinizə girmir, halal pulunu qazanır. Müğənni millət vəkili deyil, məmur deyil. Hər hansı bir problemə fikir bildirmək kimi məcburiyyəti yoxdur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »