Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Onlayn narkotacir tutulub

Bakıda onlayn yolla narkotik vasitələrin alqı-satqısını həyata keçirən şəxs saxlanılıb.

Bizimyol.info xəbər vrir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı Salyan rayon sakini Nicat Nuriyev tutulub.

Onun üzərində şəxs axtarış aparılan zaman 116 qram heroin və 6 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Araşdırma zamanı Nicat Nuriyevin narkotik vasitələri onlayn yolla tanımadığı şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədi ilə aldığı məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Nicat Nuriyev tutularaq istintaqa təqdim olunub. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Paylaş »
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »