Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kamran Əliyev 114 nəfəri rəhbər vəzifələrə təyin edib

Baş prokuror Kamran Əliyev: 2020-ci il may ayının 1-dən bugünədək 703 əmr imzalanıb, 114 nəfər rəhbər vəzifələrə təyin olunub.

Bizimyol.info xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məruzə ilə çıxış edən Baş prokuror Kamran Əliyev bildirmişdir ki, hesabat dövründə kadr korpusunun komplektləşdirilməsi istiqamətində 2020-ci il may ayının 1-dən cari tarixədək struktur dəyişikliyi və təyinatlarla bağlı 703 əmr imzalanmış, 114 nəfər prokurorluq işçisi rəhbər vəzifələrə təyin olunmuşdur.

Son xəbərlər
Bütün xəbərlər »