Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransız alimləri: Ölkə COVID-19-un ikinci dalğası ilə qarşılaşacaq

Fransız alimləri koronavirusun ikinci bir dalğasını çox güman hesab etdilər.

Bizimyol.info xəbər verir ki, bu barədə "interfax" məlumat yayıb.

Məlumatda bildirilir ki, ölkə hökumətinin nəzdində fəaliyyət göstərən Fransa Elmi Şurası hesab edir ki, yaxın aylarda ölkə COVID-19-un ikinci dalğası ilə qarşılaşacaq.

"Epidemiyanın ikinci dalğasının payızda və ya qışda olma ehtimalı yüksəkdir" deyə Le Figaro qəzeti çərşənbə axşamı şuranın açıqlamasından sitat gətirmişdir.

Mütəxəssislərin fikrincə, epidemioloji vəziyyətin vaxtaşırı ağırlaşması ilə "Fransadakı vəziyyət nəzarət altındadır, lakin çox kövrəkdir".

Onlar "yaxın gələcəkdə epidemiyanın necə inkişaf edəcəyi böyük ölçüdə vətəndaşların əlində olduğunu" qeyd ediblər.

Avqustun 3-də Fransanın Baş naziri Jan Castex koronavirusun hələ də bütün ölkədə yayıldığına görə, rahatlanmamalı və sayıqlığını itirilməməli olduğunu söyləyib

Worldometers portalının verdiyi məlumata görə, Fransada COVID-19 xəstəliyinin başlamasından ötən dövr ərzində 190 mindən çox xəstəlik halı qeydə alınıb, 30 minə yaxın yoluxmuş ölüb.

Son xəbərlər
Bütün xəbərlər »