Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada koronavirusa yoluxmaların yenidən artacağı həyacanı

“Almaniya koronavirus pandemiyasının ikinci dalğasının başlanğıcındadır”.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatı Həkimlər Birliyinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, Almaniya Həkimlər Birliyi ölkədə pandemiyanın ikinci dalğasının başladığını elan edib.

“Biz ikinci dalğanın başlanğıcındayıq. Düşünürəm ki, indi nəyin baş verdiyini iki-üç həftədən sonra dəqiq biləcəyik”, - deyən mütəxəssislər, bu fasilənin xaricə və ya məzuniyyətə çıxan vətəndaşların geri qayıtması ilə əlaqəli olduğunu söyləyiblər. Onların sözlərinə görə, hər iki amil Almaniyada infeksiyanın yayılma ehtimalını gücləndirir.

Həkimlər əlavə edib ki, məktəbə getmək “gündəlik kütləvi fəaliyyətdir” və təhsil müəssisələrində gigiyena tələblərinə məhəl qoymamaq xəstə sayının artmasına bilavasitə yol açır.

Son xəbərlər
Bütün xəbərlər »