Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Soydaş" İctimai Birliyi siyasi fəaliyyət subyekti deyil - Açıqlama

"SOYDAŞ" İctimai Birliyinin İdarə Heyətinin sədri Kamran Ramazanlı Bizimyol.info-ya açıqlama verərək bildirib ki, son günlər müxtəlif siyasi sferalarda fəaliyyət göstərən təşkilatlar həm mətbuat vasitəsilə, həm də bilavasitə təşkilata müraciət edərək bizə dəstək vermək və “SOYDAŞ”la əməkdaşlıq etmək istəyini bildirirlər. Bununla yanaşı, mətbuatda təşkilatın Gürcüstan türkləri tərəfindən yaradılması barədə də məlumat yer almışdır.

Kamran Ramazanlı

K.Ramazanlı ictimai qurumun heç bir siyasi ideya və ideologiya daşıyıcısı olmadığını, təşkilatın üzvlərinin isə yalnız Gürcüstan türklərindən deyil, ölkənin müxtəlif bölgələrinin nümayəndələrindən ibarət olduğunu bildirib.

O, qeyd edib ki, təşkilatın fəaliyyət istiqamətləri, məqsədləri və əsas hədəfləri soydaşlarımızın hansı ölkədə yaşamasından asılı olmayaraq, onlara sosial-mədəni həyatlarında yardımçı olmaq niyəti ilə təsis edilib və bu yöndə fəaliyyət göstərir.

K.Ramazanlı sağlam düşüncəli istənilən təşkilatla ictimai-sosial və mədəni müstəvidə əməkdaşlıq etməyə hazır olduqlarını qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »