Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Baş Prokurorluğun struktur qurumlarının sayı artırılıb
kamran_aliyev_180918-721x403

Avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məruzə ilə çıxış edib.

Bizimyol.info xəbər verir ki, Baş prokuror Kamran Əliyev bildirmişdir ki, aparılan islahatlar çərçivəsində prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvatlaşdırılması, işində çevikliyin və səmərəliliyin artırılması, o cümlədən müasir dövrün tələblərinə cavab verən peşəkar dövlət təsisatı kimi yenidən formalaşdırılması məqsədilə Prezident cənab İlham Əliyevin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilib: "Qurumun strukturu qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla mahiyyətcə tamamilə yenidən formalaşdırılmış, daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr yaradılaraq struktur qurumların sayı 15-dən 18-ə çatdırılmış, habelə idarəetmədə nəzarət mexanizminin optimallaşdırıması məqsədilə Baş prokurorun əlavə müavini vəzifəsi təsis edilmişdir.

Eyni zamanda, Azərbaycan Respublikasının Baş Prokurorluğunun yeni strukturuna uyğunlaşmanı təmin etmək məqsədilə Hərbi Prokurorluğun, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Bakı şəhər prokurorluğunun və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin də müasir çağırışlara cavab verən yeni strukturları təsdiq edilərək bəzi idarə və şöbələr ləğv edilməklə müasir tələblərə uyğun yeni struktur vahidləri yaradılmış, Respublika Hərbi prokurorunun əlavə müavini vəzifəsi təsis edilmişdir".

Paylaş »
››› Azərbaycanda müğənni barəsində cinayət işi açıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Bakıda qadının özünü 8-ci mərtəbədən atması ilə bağlı görüntülər yayıldı
››› Rusiya bir sıra ölkələrlə uçuşları bərpa edir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »