Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT: COVID-19 bir milyard tələbə və məktəblinin təhsilinə mane olur

“Koronavirus səbəbilə məktəblərin və universitetlərin bağlanması 160 ölkədə təxminən 1 milyard tələbə və məktəbli üçün təhsil prosesini tam pozmuşdur”. Bu sözləri BMT-nin Baş katibi Antonio Guterres iyulun ortalarına olan məlumatlara istinadən söyləyib.

Bizimyol.info xəbər verir ki, o əlavə edib ki, dünyada ən az 40 milyon uşaq həyati vacib məktəbəqədər təhsildən məhrum edilmişdir. Dərslərin onlayn, radio və televiziya ilə təmin edilməsi səyləri bütün şagirdlərə çatdırıla bilməmişdir. Pandemiyadan əvvəl hətta 250 milyondan çox məktəbyaşlı uşaq məktəbdə oxumaq imkanından məhrum idi və inkişaf etməkdə olan ölkələrdə uşaqların yalnız dörddə biri lazımi əsas bacarıqları alaraq məktəbi bitirmişdir.

Son xəbərlər
Bütün xəbərlər »