Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Avqustun 6-na olan hava proqnozu
Günəşli hava, bahar fəsli

Avqustun 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Bizimyol.info xəbər verir ki, ETSN-in Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 27-31, Bakıda gecə 22-24, gündüz 28-30 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək, Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

6 avqustda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.

Avqustun 6-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Paylaş »
››› Azərbaycanda müğənni barəsində cinayət işi açıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Yağış və dolu yağacaq
››› Bakıda qadının özünü 8-ci mərtəbədən atması ilə bağlı görüntülər yayıldı
››› Rusiya bir sıra ölkələrlə uçuşları bərpa edir
Son xəbərlər
Bütün xəbərlər »