Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Hidrometeorologiya Departamentinin keçmiş mühasibinin məsuliyyətdən xilas olmaq cəhdləri...
mehkeme

Bakı Ağır Cinayətlər Məhkəməsində Hidrometeorologiya Departamentinin bir qrup vəzifəli şəxsinin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Bu dövr ərzində mediada bu proseslə bağlı çoxsaylı yazılar təqdim olunub. Ancaq bütün detallara aydınlıq gəldiyini söyləmək olmaz. Mövzunu davam etdirərək kiçik bir araşdırma aparmaq qərarına gəldik.

Əvvəlcə məhkəmə prosesinin əsas məğzi barədə.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi

İttihama görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənovun rəhbərliyi ilə təqsirləndirilən şəxslər nazirlikdə 2018-ci ilin avqust, sentyabr, oktyabr və noyabr külli miqdarda vəsaiti mənimsəyiblər. Belə ki, onlar əmək müqaviləsi bağlamayan işçilərin əmək haqlarını ayrı-ayrı kartlara köçürərək ələ keçiriblər. Zərərçəkən 27 nəfər də məhz əmək müqaviləsi imzalamayan, maaşları karta köçürülərək mənimsənilən şəxslərdir. İttiham olunan şəxslərdən biri də Departamentin baş mühasibidir. Məlum olub ki, maxinasiyalar əsasən onun adı ilə bağlıdır.

İlqar Hacıyev mənimsənilən vəsaiti apreldə istefaya getmiş keçmiş nazirə çatdırılmaq məqsədilə büdcədən çıxardığını iddia edib. Bəzi təfərrüatlara vardıqda məlum olur ki, maliyyə maxinasiyasını həyata keçirən şəbəkə H.Bağırovun işlədiyi dövrdə deyil, onun tutduğu vəzifədən ayrıldıqdan sonrakı (sabiq nazir tutduğu vəzifədən 2018-ci ilin aprel ayında ayrılmışdır) dövrdə - 2018-ci ilin may ayından həmin ilin dekabr ayınadək, xüsusilə də həmin ilin avqust, sentyabr, oktyabr və noyabr aylarında törətdikləri cinayətlərə görə təqsirləndirilməkdədirlər.

Mövzu ilə bağlı əməkdaşımıza danışan nazirliyin adını çəkilməsini istəməyən keçmiş əməkdaşı bunları deyib: “Belə görünür ki, təmiz və işgüzar kadr kimi tanınan yeni nazir - Muxtar Babayev şəbəkənin mövcudluğunu aşkar etdiyi andaca müvafiq tədbir görüb və maxinatorlar məhkəmə qarşısına çıxmalı olub. Cinayətkarlar nazir dəyişikliyi dövründəki keçid dövründən sui-istifadə edib, mənimsəmələr ediblər.

Bu, aşağı səviyyədə qurulan maxinasiya olub. Keçmiş nazirin adının hallandırılması guman ki, məsuliyyətdən qaçmaq üçün edilən cəhddir. İnanmıram ki, bu maxinasiya nazirə qədər gedib çıxsın, deyilənlər cəfəngiyyata oxşayır. Mühasibi işə departamentin rəhbəri Xəlil müəllim götürüb, onu isə nazirliyin aparat rəhbəri Rövşən müəllim gətirib işə. Bunu hamı bilirdi. Sonradan o, yeni

nazir tərəfindən nazirin müşaviri təyin edilib. R.Cəlilov isə bir neçə ay sonra təqaüdə göndərilib. Hansısa departamentin mühasibinin nazirin otağında nə işi var idi?! O ki qala ki, nazirə pul vermək və s. Uzağı, aparat rəhbərinə çıxa bilərdi. Amma onunla da bu cür kontaktının olduğuna inanmıram. Onu işə götürən Xəlil müəllim isə mühasibin mənimsəmələri həyata keçirdiyi dövrdə nazirin müşaviri idi. Mən bilmirəm, onların arasında necə əlaqə olub. Amma hər halda, bu faktların bu cür ardıcıllığından sonra bu əməlləri məqsədli şəkildə baş verdiyi tarixdən aylar öncəyə aid edib, 2018-ci ilin aprelində istefaya getmiş nazirlə əlaqələndirmək nə deməkdir?! Düşünürəm ki, bu, mühasibin öz hoqqalarıdır. Adam sübutsuz ittihamlar səsləndirir. Əgər sələmlə pul götürüb vermişdisə, niyə pulunu geri istəmirdi, əvəzində cinayət əməlinə əl atıb, dövlət büdcəsindən oğurluq edirdi?! Pulunu geri istəməkdən çəkinirdi, amma indi bu cür ittihamlar səsləndirməkdən çəkinmir? Ümumiyyətlə, inandırıcı deyil ki, hansısa departamentin mühasibi nazirə pul versin. Xüsusən də səni işə götürənlər nazirlikdə daha yüksək vəzifədə qala-qala. Departament rəhbəri ola-ola mühasibin nazirlə bu cür kontaktı elementar məntiqə sığmır. Bu ittihamlardan açıq şantaj iyi gəlir. ”.

Bir müddət öncə təqsirləndirilən şəxslərdən biri - Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov da müsahibəsində nazirlikdə baş vermiş cinayət əməlinin ünvanını ad çəkərək dəqiq göstərmişdi.

Sitat: “Əvvəlcə onu deyim ki, mən istintaqda da, məhkəmədə də demişəm ki, özümü qismən təqsirli bilirəm. Çünki ittihamda göstərilən cinayət əməllərinin bir qismi mənim xəbərim olmadan həyata keçirilib.

Etiraf edirəm ki, mənim xəbərim ola-ola 30-a yaxın karta pul köçürülərək nağdlaşdırılıb. Bəli, Departamentdə görülməli olan işlər üçün büdcədən vəsait ayrılırdı. Amma həmin vəsait kifayət etmirdi. Bu xərclərə internet və komunikasiya xətlərinin yenilənməsi, istilik sisteminin çəkilməsi və bir çox cari xərclər daxil idi”.

“2018-ci ildə Şahdağda alpinistlərin axtarışı üçün aylarla iş görüldü. Axtarışda 40-50 nəfər cəlb edilmişdi. Mən özüm də şəxsən axtarışlarda yaxından iştirak etmişəm. İşçilərin ərzaq ehtiyacı, geyim və lazım olan texnika bizim Departamentin hesabına təmin edilirdi. Çünki Şahdağ Elm Mərkəzi bizim balansımızda idi və işçilər də orada toplaşmışdı. Hətta axtarışa gələn başqa təşkilatların nümayəndələrinin də yerləşdirilməsi və qidalanması ilə də biz məşğul olurduq. Bu işlərin görülməsi üçün mən nazirdən heç bir göstəriş almamışam. Biz öz öhdəmizə düşən işi yerinə yetirmişik. Çünki orada insan həyatından söhbət gedirdi. Biz buna biganə qala bilməzdik” - deyən Əkbər Həsənov barələrində cinayət işi açılması və çalışdıqları müddətdə baş verən qanunsuzluqların üzə çıxması haqda da danışıb.

Əkbər Həsənov bildirib ki, yeni nazir təyin edildikdən sonra 2018-ci ilin oktyabr ayında ilk audit yoxlaması aparılıb. Həmin audit yoxlamasının nəticəsi olaraq 25 min manata yaxın kənarlaşma üzə çıxıb:

“Həmin kənarlaşma da işçilərə ayrılan yardım pulları ilə bağlı idi. Çünki işçilərin maaşı az olduğu üçün biz onlara yardım ayırırdıq. Lakin bizə bildirildi ki, bu, qanunsuzdur və nazirin göstərişi olmalıdır. Mən də bununla razılaşdım və məbləği ödədim.

Düşündük ki, bununla da yoxlamalar başa çatdı. Mən bundan artıq kənarlaşmanın olacağını düşünmürdüm. Həmin ərəfədə əlavə kartlar məsələsi üzə çıxmadı. Ardınca İlqar Hacıyev işdən çıxarıldı, mən isə baş məsləhətçi vəzifəsinə təyinat aldım.

Bir neçə ay sonra yenidən daxili audit aparıldı. Yoxlamaya nə mən, nə də baş mühasib çağırıldı. O zaman xəbər tutduq ki, artıq iş Baş Prokurorluğa göndərilib.

Təxminən 6 aya yaxın istintaq davam elədi. Müstəntiq 107 karta pul köçürüldüyünü deyəndə mən dəhşətə gəldim. Axı bu, necə ola bilərdi ki, mənim xəbərim olmayıb? Departamentin regional idarələri var idi. Qısa müddət olardı ki, Departamentin işçi sayı 400 nəfərdən 1254 nəfərə qaldırılmışdı. İşçilərin maaşına da hər yerdə olduğu kimi baş mühasib nəzarət edirdi”.

Əkbər Həsənov deyib ki, İlqar Hacıyev ondan xəbərsiz əlavə olaraq 50-dən artıq kart yaradaraq məbləğləri nağdlaşdırıb:

“Məhkəmədə deyir ki, işçilərə ayrılan vəsaitdən mənim xəbərim olub. Guya mənə verilən siyahıda əmək haqqının ümumi məbləği, cədvəli yazılıb. Lakin bu, tamamilə yalandır. Hesablama cədvəli olmadan mənə siyahı verilib. Mən də 1254 nəfərə bir-bir baxmadan imzalamışam. Mən 25-30 kartdan xəbərdar idim. Amma istintaqda məlum oldu ki, kartların sayı 107 imiş.

İlqar Hacıyev Nərimanov Rayon Xəzinədarlığına da hesablama cədvəlini təqdim etməyib. İstintaq orqanı da bunu müəyyən edib. Həm də həmin sənədlər mənə gələndə artıq baş mühasib tərəfindən imzalanırdı. Onu da deyim ki, mənə təqdim edilən cədvəllərin arasına sonradan əlavə siyahı da qoymaq olardı.Məhkəmədə də məlum oldu ki, İlqar Hacıyev istintaqda etirafedici ifadə verib. Lakin indi fikrini dəyişib və bu cür yalanlar danışır”.

Belə görünür ki, baş mühasib və ona məsləhət verənlər uydurma ittihamlarla məsuliyyətdən yayınmağa, şantaja əl ataraq diqqəti başqa yerə yönləndirməyə çalışırlar.

Bizimyol.info

Paylaş »
››› Ədalət Rüstəm: Məktəblər yenidən bağlanacaq
››› Azərbaycanın cənub rayonlarını İrana "verən" xəritə ilə bağlı Seyid Talehdən açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda ayı parçaladığı deyilən uşağın atası: “Şübhələrimiz var” - Foto
››› “Şərurlu İsfəndiyar Ramiz Mehdiyevin adamı olduğuna görə məhkəmələr onun xeyrinə qərar verir”
Son xəbərlər
Bütün xəbərlər »