Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada hərbi təlimdə 18 hərbçi xəsarət alıb

Rusiyanın Yəhudi muxtar vilayətində keçirilən hərbi təlimdə 18 hərbçi xəsarət alıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, Smidovçisk rayonunun Telman adına qəsəbəsində dəmiryolu qoşunlarının təlimləri zamanı körpü konstruksiyası çöküb.

Nəticədə 18 nəfər xəsarət alıb.

Xəsarət alanların Xabarovsk hərbi hospitalına göndərildiyi bildirilib.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. İlkin səbəb kimi isə təhlükəsizlik texnikasının pozulması ehtimal olunur.

Son xəbərlər
Bütün xəbərlər »