Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beyrutdakı partlayışda ölən ermənilərin sayı artıb

Beyrut limanında baş verən partlayışda ölən ermənilərin sayı artıb.

APA-nın xəbərinə görə, Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan “Facebook”da bildirib ki, partlayışda ölən ermənilərin sayı 6 nəfərə çatıb.

Onun sözlərinə görə, partlayış nəticəsində 100-ə yaxın erməni isə xəsarət alıb.

Ermənistan parlamentinin deputatı Anna Kostanyan bildirib ki, Beyrutda yaşayan çoxlu sayda erməni ölkəyə qayıtmaq niyyətindədir.

Qeyd edək ki, Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb.

Son xəbərlər
Bütün xəbərlər »