Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Partlayışın Beyruta vurduğu ziyan məlum oldu

Livanın paytaxtı Beyruta partlayışdan dəyən ziyan 3 milyarddan 5 milyard ABŞ dollarınadək dəyərləndirilir.

“Report” Livan KİV-nə istinadən xəbər verir ki, bunu şəhərin qubernatoru Marvan Abbud deyib.

Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 100-dən çox insan ölüb, 4 mindən çox insan yaralanıb. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq nitrat ammonyak – amonyak turşusu və digər maddələr partlayıb.

Son xəbərlər
Bütün xəbərlər »