Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Şuradakı qalmaqallı çıxışa reaksiyalar

Milli Şuranın Zoom vasitəsilə videokonfrans formatında iclsından növbəti görüntü yayılıb. Şura üzvü Gültəkin Hacıbəylinin çıxışı sosial şəbəkələrdə müzakirələrə səbəb oldu.

Gültəkin Hacıbəylinin karantindən faydalanmaq barədə təklifi xüsusilə diqqətçəkəndir. O çıxışında deyib: “Karantinə görə insanların narahatlığı artır, pulu, yeməyi azalır, dolanışğı çətinləşir, bu da açığı, birmənalı olaraq bizə sərf edir. Evində oturan insanların etirazı artır, işləməyən, pulu azalan adamların, etirazı artır, kimsə yemək almaqda çətinlik çəkir, xalqın güzəranı pisləşir və s., Buna sevinmək lazımdır. Biz maraqlı olmalıyıq ki, xəstəlik tez çəkilməsin, karantin bir az da uzansın, Bizim də əlimizə imkan versin, dövlətin yaxasına çökək, hay-küy salaq ki, pul paylayın. Əl çəkməyək və beləliklə də təbliğatımızı davam etdirək. Ona görə də heç narahat olmayın, karantinin uzanması və xalqın güzəranının pisləşməsi birmənalı olaraq bizim xeyrimizədir”.

Karantinin uzanması, doğrudanmı, müxalifətə sərf edir? Siyasi partiyalar Gültəkin Hacıəbəylinin məntiqi ilə razıdırlarmı?

İqbal Ağazadə İqbal Ağazadə

Bizimyol.info olaraq, bu sualın cavabını “Ümid” partiyasının sədri İqbal Ağazadədən və REAL partiyasının həmtəsisçisi Natiq Cəfərlidən eşitmək istədik.

İqbal Ağazadə dedi: "Təəssüf ki, biz hakimiyyət dəyişikliyinin tək modelini görmüşük: iqtidar idarə edə bilmir, xalq küçəyə çıxır, inqilab, çevriliş, üsyan və s. Vəzirov da belə gedib ( 20 yanvar), Mütəllibov da (Xocalı), rəhmətlik Elçibəy də (Kəlbəcər və sonra qiyam)... Nəhayətdə biz iqtidarı yola salmağın fərqli modellərini öyrənməli və tətbiq etməliyik. Bu iqtidarı yola salmaq üçün aclığa, səfalətə, qiyama ehtiyac yoxdur. Daha da pisləşən vəziyyətdə dövlətimiz zərər görəcək. Bu iqtidarı yola salmaq üçün nə qədər desəniz səbəb var. İnsanları düzgün maarifləndirmək və aktiv vətəndaş mövqeyi sərgiləməyə təşviq etmək lazımdır. Biz bunu etməyi bacarmalıyıq. Bunu etməyin çətin olduğunu bilib aclıq, səfalət arzulayaq ki, insanlar o səbəbdən küçəyə çıxsın?! Bəs o zaman savadlı insanlar nəyə lazımdlr? Əgər insanımızı aclıq küçəyə çıxaracaqsa, biz niyə varlq? Məncə, bir az toparlanmalı, səylərimizi birləşdirməli və qansız-qadasız bu iqtidarı dəyişməliyik. Yetər ki, hamı əlini daşın altına qoysun.

Natiq Cəfərli Natiq Cəfərli

Natiq Cəfərli isə Gültəkin Hacıbəylinin fikirlərinə önəm vermədiyini və Milli Şurada danışılanları ciddiyə almadığını qeyd etdi: "Biz ciddi işlərlə məşğuluq . Mənasız, məzmunsuz, kökündən qopan adamlara cavab vermək lazımsız vaxt itkisidir. Qeyri-ciddi adamlara, mənasız söhbətlərə reaksiya verməyi özümüzə sığışdırmırıq" .

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »