Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beyrutda xəsarət alan Türkiyə vətəndaşlarının sayı 6 nəfərə çatıb

Beyrutda baş vermiş partlayış nəticəsində xəsarət alan Türkiyə vətəndaşlarının sayı 6 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter”də bildirib.

Nazir qeyd edib ki, vəziyyəti ağır olan yaralılardan biri əməliyyat olunub, onun səhhəti normaldır.

Digər 5 Türkiyə vətəndaşı yüngül xəsarət alıb.

Qeyd edək ki, dünən axşam saatlarında Beyrut limanında güclü partlayış olub. Hadisə nəticəsində 100-dən çox insan ölüb, 4 mindən çox insan isə yaralanıb.

Son xəbərlər
Bütün xəbərlər »