Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jurnalist: "Biz ailəliklə koronavirusa qalib gəldik"

Tanınmış jurnalist Səlim Balayev bu gün xəstəxanadan evə buraxılıb

Jurnalistin hazırki vəziyyəti ilə bağlı ailəsi ilə əlaqə saxladıq. Oğlu Elnur bildirdi ki, atası xəstəxanadan çıxıb, artıq evdədirlər.

Səlim Balayev Səlim Balayev

Səlim Balayev Bizimyol.info-ya açıqlamasında deyib: "Biz COVİD 19 -u məğlub etdik. Mən 15 gün nələr çəkdim, onu tək Allah bilir. Sizin dəstəyiniz olmasa idi, ailəm məhv olmuşdu. Bütün həmkar dostıarıma borcluyam. Hər kəsə ayrı- ayrılıqda minnətdaram. Hələ özümə gəlməmişəm. İyulun 21- dən Bakı Sağlamlıq Mərkəzindəyəm. Ayın 26 –dan vəziyyətim ağırlaşdığından reanimasiyaya köçürülmüşəm.Mən nələr çəkdim. Bunu sözlə ifadə edə bilmirəm.

Vəziyyətim çox ağır oldu və aparata qoşuldum. Həkimlər üzərimdə çox çalışdı. Mən özümdən çox ailəmdən narahat idim. Çünki oğlum da xəstə idi. Ailəmdə də hamıya bu xəstəliyin yoluxmasından çox qorxurdum. Aparata qoşulandan sonra isə heç nədən xəbərim olmayıb. Ayılanda isə ilk soruşduğum ailəm olub. 2 gün əvvəl palataya köçürüldüm. Dünən axşam qan və yaxma götürdülər. Son dəfə neqativ oldu. Çox şükür ki, evimdəyəm. Xoşbəxtəm ki, mən bu xəstəliyə qalib gəldim. Bütün əziyyəti olanlara sonsuz təşəkkürümü bildirirəm. Məni bu həyatda saxlamağa köməklik göstərdilər. Millət vəkilimiz Qənirə xanıma və TƏBİB-ə , Rəvanə xanıma çox borcluyam. Eləcə də, Rumiyyə Miraslana və sizə, bütün həmkar dostlarıma təşkkürümü sizin vasitənizlə çatdırıram . İlk olaraq sizə bu açıqlamanı verirəm. Bir az dincəlim. özüm şəxsən bildirəcəm”.

Qeyd edək ki, jurnalist Səlim Balayev iyulun 13 –də koronavirusa yoluxub, vəziyyəti ağırlaşıb. Evdə bir müddət müalicə almasına baxmayaraq, qızdırması düşməyib, təcili tibbi yardımla Bakı Sağlamlıq Mərkəzinə çatdırılb.2 gün sonra vəziyyəti ağırlaşıb və reanimasiyada oksigen aparatına qoşulub.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »