Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Deputat: “190 manat rəmzi xarakter daşıyan dövlət dəstəyidir...”
fazil-1 (1)

“Bu gün pandemiyanın yaratdığı vəziyyət çevik qərarlar verilməsini şərtləndirir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, hamıya aydındır ki, neft bazarında baş verən silkələnmələr neftin qiymətinin aşağı həddə götürülməsini zəruri edir: “Büdcəyə daxil olan vergi gəlirlərinin, gömrük rüsumlarının azalması da xərclərin artırılmasını zəruri edən şərtlərdəndir. Bütövlükdə büdcədə zəruri prioritet sahələri dəqiqləşdirməliyik. Müdafiə xərclərinin artırılması yönündə addımlar atılmalı, ikinci isə vətəndaşın vəziyyəti prioritet kimi götürülməlidir. Bu gün Azərbaycan vətəndaşının, sahibkarının vəziyyəti çətindir. Burada hökuməti günahlandırmıram. Azərbaycan sahibkarının tam çökməməsi üçün xərclər hissəsində əhəmiyyətli ayırmalar nəzərdə tutulmalıdır. İkincisi, vətəndaşlara 190 manatın verilməsi məsələsi zəruri addım idi. Vəsait o qədər çox olmasa da, cəmiyyət bunu anlayışla qarşıladı. Avqust ayında heç bir yerdən gəliri olmayan vətəndaşı evə qapatmışıq və onlara vəd vermirik ki, haradan dolanmalıdır. Bu gün insanlar sadəcə xəstəliklə mübarizə aparmır, yaşamaq uğrunda da mübarizə aparır. 190 manat rəmzi xarakter daşıyan dövlət dəstəyidir və bunu heç bir halda kəsmək olmaz. Vətəndaşın narazılığına səbəb olan situasiyanı aradan qaldırmalıyıq. Buna görə də xərclər hissəsində bu, əsas götürməlidir. Ayın 31-nə qədər hər yer bağlıdır. İşləməyən yüzlərlə, minlərlə insan nə ilə dolanmalıdır? Hökumət bütün səyləri sosial gərginliyin aradan qaldırılmasına yönəltməlidir”.

Paylaş »
››› Üç il əvvəl baş verən ölüm hadisəsi qəza deyil, qətl imiş
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Yağış və dolu yağacaq
››› Sosial şəbəkənin şantaj qurbanları: Cinayət var, cəza yox
››› Türkiyədə koronavirusla bağlı son statistika
Son xəbərlər
Bütün xəbərlər »