Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı dənizçilər Beyrut limanından təxliyə edilib
Livanda partlayışda ölənlərin sayı artıb, minlərlə insan yaralanıb

Livanın paytaxtı Beyrutdakı limanda ammonium-nitrat saxlanılan anbarda baş vermiş və 100 nəfərdən çox adamın həlak olmasına, 4 mindən çox insanın yaralanmasına səbəb olmuş partlayışlarda xəsarət alanlar arasında azərbaycanlılar yoxdur.

Bu barədə ölkəmizin Livandakı səfiri Ağasəlim Şükürov məlumat verib. O əlavə edib ki, səfirliyin insidentin baş verdiyi yerdən aralıda yerləşən binası da zərər görməyib.

Bundan başqa, Beyrut limanında gəmidə olan 10 nəfər azərbaycanlı dənizçi də Livan hökuməti tərəfindən təxliyə edilib və onlar da heç bir xəsarət almayıblar.(azərtac)

Paylaş »
››› Azərbaycanın cənub rayonlarını İrana "verən" xəritə ilə bağlı Seyid Talehdən açıqlama
››› Ədalət Rüstəm: Məktəblər yenidən bağlanacaq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident əmək nazirini küçənin ortasında döyüb - Video
››› “Şərurlu İsfəndiyar Ramiz Mehdiyevin adamı olduğuna görə məhkəmələr onun xeyrinə qərar verir”
Son xəbərlər
Bütün xəbərlər »