Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Koronavirus xəstəliyini keçirib-keçirmədiyinizi necə öyrənə bilərsiniz...
Koronavirus

2009-cu ildə donuz qripi pandemiyasından sonra 2019-cu ildə yeni bənzər və daha dəhşətli bəla başladı. Yeni növ koronavirus pandemiyası dünyanı cənginə aldıqdan sonra virusoloqlar xəstəliytin diaqnostikası üçün müxtəlif metodlar tətbiq etməyə başladılar. Qısa zaman ərzində virusun araşdırılması üçün 3 əsas metoda üstünlük verildi.

Birinci 2020-ci ilin yanvarında Almaniyada işlənmiş PZR metodu, ikincisi döş qəfəsinin komyuter tomoqrafiyası ( buzlu şüşə effektini görmək üçün) və seroloji araşdırma Seroloji araşdırma barədə danışacağıq. Bu araşdırma barmaqdan və ya venadan götürülən qanı analiz etməklə həmin şəxsin yoluxmuş insanlarla kontaktda olub olmadığını aydınlaşdırır. Metodun adı latınca serum sözündən gəlir. Qan laboratoriyada müvafiq reagentlə qarışdırılır . Tərkibində anticim varsa reagent öz rəngini dəyişir.

Adı çəkilən ilk iki metoddan fərqli olaraq, seroloji araşdırma simptomlardan asılı olmayaraq anticisimlərin təyini və orqanizmin xəstəliyə immunitetinin olub –olmamasını göstərir. Yəni bu metodla həm sağlam adamlar, həm xəstələr, həm xəstəlikdən sağalanlar yoxlanılır. Simptomsuz xəstələri superyayıcılar adlandırırlar. Hərçənd hələ onların hansı dərəcədə yoluxdurma qabiliyyətinin olması barədə konkret faktlar yoxdur.Bu metodika koronavirusa qaşı kollektiv immunitetin yaranıb- yaranmamasını öyrənməyə də yardım edir. Bununla epidemiya ilə effektiv mübarizə yöntəmini də tapmaq olar. Belə ki, anticimlərin varlığı hələ xəstəliyə qarşı güclü immunitet yaranmasından xəbər verimir. Başqa sözlə immunitet davamlı olmayıb 3 ay sonra xəstəliyə qarşı yaddaşını itirir.

Buna görə vaksin hazırlayan şirkətlər T hüceyrə adlanan ikinci alətin stimullaşmasına fokuslanırlar.T hüceyrələr orqanizmdə kifayət qədər uzun müddət qalırlar və təkrar yoluxmaya imkan vermirlər.

Bundan əlavə seroloji araşdırma virusun müalicəsinə də yararlıdır.Xəstəlikdən sağalmış insanların qanının plazmasını xəstələrə köçürməklə müalicə aparılır. Bu hələ ki, dərman və vaksinlərin tapılmadığı bir dövrdə gözəl təsir göstərib.

Seroloji metod testlərin aparılmasına görə 3 növə bölünür. Birdəfəlik testlər, təkrar testlər, eyni adamları təkrar araşdırmalar ( bu sonuncu anticisimlərin gələcəkdə insanı nə qədər qoruya biləcəyini öyrənməyə kömək edir.

Seroloji araşdırma əhalinin konkret qruplarının və ümumilikdə cəmiyyətin virusa immunitetini öyrənir.Bu karantinlə bağlı qərarların verilməsi üçün önəmlidir.Seroloji araşdırmanı total sorğu da adlandırırlar. Lakin bu araşdrmanı karantinin aradan qaldırılmasının qarantı kimi görmək olmaz.

Hazırda dünyada yüzlərlə seroloji testlər aparılır.Əvvəllər bu testləri ABŞ-da tənqid edirdilərsə, indi Skandinaviya ölkələrində və İspaniyada aparılan testlər böyük əhəmiyyət daşıyır.Sereloji testlər nəticəsində yoluxma sayının statistikada göstəriləndən çox olduğu məlum olub.

Paylaş »
››› Azərbaycanın cənub rayonlarını İrana "verən" xəritə ilə bağlı Seyid Talehdən açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Üç il əvvəl baş verən ölüm hadisəsi qəza deyil, qətl imiş
››› Allahşükür Paşazadənin rəqibləri məlum oldu
Son xəbərlər
Bütün xəbərlər »