Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda daha bir müəllim koronavirusun qurbanı oldu - Foto

“Bu səhəri kollektivimiz çox üzücü xəbərlə açdı. Məktəbimizin sevimlisi, ən cəsarətli və işgüzar üzvü olan, savadlı rus dili müəllimimizi Əmirova Sayad Bəşir qızını itirdik”.

Bizimyol.info xəbər verir ki, bunu Nərimanov rayonu Novruzov qardaşları adına 36 saylı tam orta məktəbin direktoru Emilya Səfərəliyeva bildirib.

Sayad Əmirova - Müəllim Sayad Əmirova

Məktəb direktoru qeyd edib ki, müəllimə koronavirusdan vəfat edib: “O, çox mübariz bir insan, fədakar ana, qayğıkeş müəllim idi. COVİD-19 onun cavan həyatına son qoydu. Allahdan ona rəhmət, əzizlərinə səbir,təmkin diləyirəm. Məkanın cənnət olsun, gözəl insan”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »