Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin ABŞ-ı “TikTok”u oğurlamaqda ittiham edir

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Çinin “ByteDance” holdinqinə məxsus “TikTok” gəlirlərini başçısı olduğu dövlətlə bölüşməlidir. Bu açıqlama Asiya ölkəsini qəzəbləndirib.

Bizimyol.info xəbər verir ki, Çin ABŞ-ı “TikTok”u oğurlamaqda ittiham edib. Çin iddia edir ki, Vaşinqton sosial şəbəkəyə təzyiq göstərir.

ABŞ “TikTok”un casusluq edə biləcəyini dəfələrlə qabardıb. Buna görə də sosial platformanın okeanın o tayında gələcəyi qaranlıq görünür. ABŞ yeganə çıxış yolunu şirkətin oradakı payının satılmasında görür.

Çin ingilisdilli oxuculara mövqeyini çatdırmaq üçün istifadə etdiyi “China Daily” qəzetində Vaşinqtonun addımını ciddi qınayıb: “Pekinin ABŞ-a cavab vermək imkanları genişdir. Quldur hücumunu həyata keçirsələr, görəcəklər”.

Amerika hökuməti isə fikrində qalır. Hesab olunur ki, “TikTok” Çinin rəsmi siyasətinin vasitəsidir, amerikalı istifadəçilərin məlumatlarının oğurlanması ehtimalı böyükdür.

"Microsoft" şirkəti "Microsoft" şirkəti

ABŞ açıq mətnlə sosial şəbəkəni təhlükə saydığını bəyan edir. “TikTok”u almağa “Microsoft” aşkar maraq göstərir.

Tramp sövdələşmənin setyabrın 15-nə qədər bitirilməli olduğunu söyləyib. Əks halda “TikTok” ABŞ-da blok olunacaq.

Son xəbərlər
Bütün xəbərlər »