Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Avropa dövlətində virusa yoluxanların yazılandan 6 dəfə çox olması iddiası var
İtaliya təşviş içində: Sərhədlər bağlanır, mağazalar boşalır - Video

İtaliyada qan nümunəsi əsasında həyata keçirilən antikor testləri ölkədə koronavirusla bağlı vəziyyətin fərqli olduğunu göstərib. Virusa yoluxanların gerçək sayının yazılandan 6 dəfə çox olması iddiası səslənməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, indiyə qədər İtaliyada 248 min vətəndaşın virus testinin müsbət nəticə verdiyi bildirilirdi. Amma antikor testləri məsələyə baxışı dəyişib. İtaliyada təxminən 1.5 milyon nəfərin virusa yoluxduğu ehtimal edilir.

Antikor testlərinə 65 min nəfər cəlb olunub. Həmin adamların 2.5 faizində koronavirus aşkar olunub. Halbuki nəticənin 6 dəfə az olacağı gözlənilirdi. Buradan həmin nəticəyə gəlinir ki, İtaliyada virusa yoluxanların gerçək sayı 1.5 milyon nəfər civarındadır.

İtaliya hökumətinin bu məsələlər üzrə nümayəndəsi Franko Lokatelli deyib ki, antikor testlərinin məqsədi elə gerçək mənzərəni ortaya çıxarmaq olub. Çünki hamıdan koronavirus testi götürmək olmur. Qan nümunələrinin analizi isə lazımi təsəvvür yaradır.

Antikor testləri də Lombardiyada yoluxanların çoxluğuna işarə vurub. Məhz bu bölgədə virusun tüğyan etdiyi xüsusi qeyd olunurdu.

Paylaş »
››› Üç il əvvəl baş verən ölüm hadisəsi qəza deyil, qətl imiş
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Allahşükür Paşazadənin rəqibləri məlum oldu
››› Nazirlikdən xəbərdarlıq: Yağış və dolu yağacaq
››› Sosial şəbəkənin şantaj qurbanları: Cinayət var, cəza yox
Son xəbərlər
Bütün xəbərlər »