Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çinin aparıcı həkimləri Azərbaycana gəldi - Foto

“Azərbaycan Hava Yolları” (AZAL) avqustun 4-də Çindən bir qrup həkim və tibbi ləvazimatdan ibarət yükü Bakıya çatdırıb.

Şirkətdən "Report"a verilən məlumata görə, çinli mütəxəssislərdən ibarət 10 nəfərlik qrup koronavirus xəstəliyi ilə mübarizədə təcrübə mübadiləsi məqsədilə AZAL-ın xüsusi reysi ilə Azərbaycana gəlib.

Çinin aparıcı həkimləri Azərbaycana gəldi - Foto

Yüksək ixtisaslı tibb mütəxəssisləri koronavirus infeksiyasının (COVID-19) qarşısının alınması ilə məqsədi ilə Azərbaycanlı həmkarları ilə birgə çalışacaq.

AZAL-ın təyyarəsi vasitəsilə Çindən tibbi avadanlıq və qoruyucu vasitələr Azərbaycanın paytaxtına çatdırılıb.

"Azərbaycan Hava Yolları"nın Çendu şəhərindən (Çinin cənub-qərbindəki Sıçuan əyalətinin paytaxtı) Bakıya birbaşa uçuşu yeddi saatdan çox davam edib.

Reys Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığına əsasən təşkil olunub.

Son xəbərlər
Bütün xəbərlər »