Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Nazir: “Biz məsələlərə daxili borcun bir qədər artması, xarici borcun azalması kontekstindən baxırıq”
2018-12-13_201952

“Bu böhranın konkret izahatı pandemiya və onun yaratdığı mənfi təsirləridir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında . “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, bunun ən böyük mənfi təsiri istehlakla bağlıdır: “Bu dövr başa çatdıqda bundan çıxış proqramlarımızı hazırlamalıyıq. İndi biz bu dövrə əks çıxaraq büdcə siyasətində artımlara gedirik. Sonradan biz bunu etməli deyilik. Maliyyə Nazirliyi büdcə qaydasının müvəqqəti dayandırılması fikrindədir. Ola bilsin ki, buna müəyyən dəyişikliklər edilsin. Neft gəlirləri kəskin artdıqda və azaldıqda buferlər var idi. Ola bilsin ki, gələcəkdə biz bu məsələyə yenidən qayıdacağıq”.

Nazir xarici borca getmək məsələsinə də münasibət bildirib: “Texniki vəsaitlərin alınması üçün biz xarici borca gedə bilərik. Bu məsələdə ümumi yanaşmanı saxlamağa çalışırıq. Biz məsələlərə daxili borcun bir qədər artması, xarici borcun azalması kontekstindən baxırıq. Pandemiya dünya dövlətləri qarşısında ciddi çağırışlar formalaşdırır. Yəni biz xarici borclanma məsələsinə də yenidən baxa bilərik. Bizim üçün müsbət olan ötən illər ərzində Azərbaycanda kifayət qədər ehtiyatın yaranmış olmasıdır. Qərarların bugünkü, orta və uzunmüddətli təsirləri də hesablanır. Zənnimizcə, həm bu il, həm də gələn il dövlət pandemiyaya uyğun siyasət aparmalıdır. Sonrakı il artıq bu siyasətdən çıxış ssenariləri üzərində fikirləşməliyik”.

Paylaş »
››› Azərbaycanda müğənni barəsində cinayət işi açıldı
››› “Şadlıq evlərində toy eləmək daha mümkün deyil” - Deputat
››› Rusiya bir sıra ölkələrlə uçuşları bərpa edir
››› Bakıda qadının özünü 8-ci mərtəbədən atması ilə bağlı görüntülər yayıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »