Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
De Byazinin köməkçisi: "Ayda 10 gün Azərbaycanda işləyəcəyəm"

"Yeni işim mənə çox maraqlı gəlir və sözsüz, digərlərindən fərqlənir".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazinin köməkçilərindən Alessandro Skayya "Ternana Time" nəşrinə açıqlamasında deyib.

Fiziki hazırlıq üzrə mütəxəssis bildirib ki, avqustun 9-da Bakıya yola düşəcək: "Beləliklə yeni işimə başlayacağam. Sentyabrın 5-də UEFA Millətlər Liqasında ilk oyunumuzu keçirəcəyik. Turnirə daha yaxşı hazırlaşmaq üçün avqust ayında Azərbaycanda olacağıq. Sonra isə hər ayın təqribən 10 gününü və ya hər hansı rəsmi öhdəlik götürənədək bu ölkədə işləyəcəyəm".

Qeyd edək ki, AFFA Canni De Byazi ilə 1,5 illik müqavilə imzalayıb.

Son xəbərlər
Bütün xəbərlər »