Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada üzərində Putinin sözləri olan avtobuslar xəttə buraxılır

Rusiyanın Ulan-Ude şəhərində ölkə prezidenti Vladimir Putinin sitatlarının yer aldığı avtobuslar almaq qərarına gəliblər. Bunun üçün 200 milyon rubl (təxminən 2.9 milyon dollar) xərclənəcək.

Bizimyol.info xəbər verir ki, avtobusun biri 4.7 milyon rubla (təxminən 650 min dollar) başa gəlir. Şəhər meriyası bunun üçün iki müsabiqə elan edib. Müsabiqənin qalibləri “Şəhər marşrutları” müəssisəsini avtobusla təmin edəcək. Müqavilələrə görə, Ulan-Udedə belə 42 avtobus peyda olacaq.

Avtobusların əsas üstünlüyü üzərində Putinin sitatlarının olmasıdır. Məsələn, yazılacaq: “Xalq büdcəsi insanların təşəbbüsüdür”. Belə də ola bilər: “Uzaq Şərq həlledici inkişaf istiqamətidir”. Sitatların aşağısında mütləq “Vladimir Putin” yazısı görünəcək.

Sitatlarla bağlı hələ tam qərar verilməyib. Müsabiqə qaliblərinin mövqeyi də vacibdir.

“Tayqa.info”nun yazdığına görə, bu təcrübədən hamıdan əvvəl Kuzbass istifadə edib. Bəzi avtobusların üzərində Kemerovo vilayətinin keçmiş qubernatoru Aman Tuleyevin sitatları yer alırmış.

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Ali Baş Komandan: “Azərbaycanın qarşısında heç kim dura bilməz”
››› Qubadlı şəhəri işğaldan azad olundu!
Son xəbərlər
Bütün xəbərlər »