Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tovuz döyüşləri düşmənin məğlubiyyətinin başlanğıcıdır”

Politoloq Zaur Məmmədov: Azərbaycan informasiya müharibəsində də Ermənistana adekvat cavab verdi”

Prezident İlham Əliyev bu günlərdə bir daha Ermənistan-Azərbaycan münaqişəsi, Tovuz hadisələri, eləcə də, səfərbərlik və sair mövzularda mühüm bəyanatlar verib. Balakən regional ASAN Mərkəzinin açılışında etdiyi nitqində dövlət başçısı deyib: “Mən bu ayın ortasında Nazirlər Kabinetinin toplantısında bu məsələ ilə bağlı fikirlərimi deyəndən sonra bir həftə keçməmiş 50 mindən çox Azərbaycan gənci Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə üz tutdu və özlərini könüllü olaraq Vətəni qorumaq istəyən insanlar kimi orada qeydiyyata aldırdılar. Bir həftə ərzində 50 mindən çox insan”. Prezident eyni zamanda deyib ki, Azərbaycan Ordusu tam komplektləşdirilib və bu gün əlavə canlı qüvvəyə ehtiyac yoxdur. Onu da əlavə edib ki, əgər ehtiyac olarsa, “bir həftə ərzində qeydiyyata alınmış 50 mindən çox insan Vətən uğrunda, torpaq uğrunda vuruşmağa hazırdır”.

Bu hadisələrlə, Prezidentin çıxışındakı mühüm mesajlarla bağlı Bizimyol.info saytının suallarına siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədov cavab verib.

Zaur Məmmədov Zaur Məmmədov

- Prezidentin çıxışından sonra on minlərlə insanın orduya könüllü yazılması nədən xəbər verir? Sizcə, 50 min könüllünün müraciət etməsi çoxdur, ya azdır?

- Əslində könüllülərin sayı 50 mindən də çox olar. Sadəcə olaraq, iş orasındadır ki, döyüşlər dayandı və ara sakitləşəndən sonra könüllü kimi müraciət etməyə ehtiyac olmadı.

- Yəni insanların könüllü olaraq orduya yazılması ancaq döyüş başlayanda olmalıdır?

- Bilirsiniz, ümumiyyətlə, Azərbaycan ordusunda könüllülərə ehtiyac yoxdur.

- Niyə yoxdur?

- Çünki Azərbaycan ordusunun sayı Ermənistan ordusunun sayından dəfələrlə çoxdur. Eyni zamanda ordumuz hərbi hazırlıqda da Ermənistan ordusunu qat -qat üstələyir. Belə olan halda, təbii ki, hərbi təcrübəsi olmayan şəxslərin döyüşlərdə iştirak etməsinə heç bir lüzum yoxdur.

- Onda 50 min insanımızın orduya könüllü yazılması nəyə lazım idi?

- Bu, Azərbaycan xalqının vətənpərvərliyinin nümayişidir. Sabah müharibə başlayarsa, təbii ki, bu say 50 min deyil, 10 milyona yaxınlaşacaq. Hər bir azərbayvcanlı bir nəfər kimi döyüşlərə getməyə hazır olacaq. Biz Aprel döyüşlərində də bunu gördük.

- Ermənistanda vəziyyət necə oldu? Xalqın orduya münasibəti baxımından.

- Azərbaycandan fərqli olaraq, Ermənistanda nə Aprel döyüşlərində , nə də indi orduya könüllü yazılanların sayını biz görmədik. Əksinə orda ordudan qaçanların gördük.

- Amma Aprel döyüşlərinə onlardan da könüllü gedənlərin olduğu deyilmişdi...

- Bəli, 2016-cı il Aprel döyüşlərində Ermənistanda kiçik bir qrup hərbi təcrübəsi olan keçmiş döyüşçülərin döyüş meydanına getməsini görmüşdük. Onlardan savayı heç bir erməni vətəndaşının orduya könüllü yazıldığını görməmişdik.

- Göründüyü qədər, heç həmin o orta yaşlı, yaşlı adamlar da o qədər də könüllü deyildilər.

- Doğrudur. Onları Ermənistan hakimiyyəti o zaman təhrik etmişdi. Çünki Aprel döyüşləri zamanı Qarabağ istiqamətindən İrəvana çoxlu sayda hərbçilər qaçırdılar. Belə olanda cəbhənin boşalması Ermənistan üçün arzuolunmaz idi. Buna görə də Ermənistan hökuməti o zaman İrəvandakı bir qrup şəxsi əslində vadar edərək cəbhəyə göndərdilər. Onlar da cəbhədən uğursuz şəkildə geri qayıtdılar. Bir hissəsi isə heç geri də qayıda bilmədi.

- Belə çıxır ki, Ermənistan dövləti ilə xalqı Qarabağ məsələsində həmrəy deyil. Bəs bizdə xalq və dövlət arasında bu məsələyə dair həmrəylik varmı?

- Qarabağ məsələləsi ilə bağlı bütün Azərbaycan xalqı yaşadığı ölkədən asılı olmayaraq dövlətin yanında olmalıdır. Burada əsas məqsəd işğal altındakı torpaqların tezliklə geri qaytarılmasıdır. İndi bunun üçün əslində maraqlı bir zəmin yaradılıb. Çünki Nikoyl Paşinyanın Rusiya ilə də münasibətləri yaxşı deyil. Rusiya istənilən zaman Ermənistanı olmasa da Nikoyl Paşinyanı cəzalandırmaq istəyər. Hazırda Türkiyə və Azərbaycan hərbçilərinin geniş miqyaslı hərbi təlimləri keçirilməkdədir.Türkiyənin Prezident Ərdoğanın başçılığı altında Liviyadan və Suriyadan sonra Cənubi Qafqazda hərbi siaysı fəallığı görülməkdədirki, bu da təbii ki olduqca müsbət amildir.

- Tovuzda Azərbaycan Silahlı Qüvvələri Ermənistanın əvvəlcədən planlaşdırılmış təxribatının qarşısını qəhramancasına aldı. Dövlət sərhədini və mülki insanların təhlükəsizliyini təmin etdi. Azərbaycan silahlı qüvvələrində yüksək texnologiyalar effektiv tətbiq edildi. Bu, ordumuzun yüksək inkişaf səviyyəsi və yüksək döyüş qabiliyyəti haqqında fikir yürütmyə əsas verir. Ancaq itkilərimiz də var. Belə yüksək döyüş qabiliyyəti olan ordu Sizcə, həmin düşmən təxribat zamanı bu itkiləri verməyə bilərdimi? Yaxud bu itkilərin sayı daha az ola bilərdimi?

- Tovuz təxribatı zanmanı hücum edən tərəf Ermənistan idi və bu, gözlənilməz oldu. Lakin buna baxmayaraq , Azərbaycan tərəfi heç bir postu və heç bir qarış torpağı Ermənistana vermədi. Bu, bir daha Azərbaycan ordusundakı professionallığı göstərir. Təbii ki, əfsuslar olsun, itkilərimiz də var. Tez bir zamanda biz o itkilərin də heyfini mütləq çıxmalıyıq. General başda olmaqla o şəhid olan şəxslərin intiqamı yaxın vaxtlarda alınacaq.

- Bilirsiniz ki, dünyanın bir çox ölkələrində gənclər orduya çağırışdan yayınmağa çalışır. Alternativ hərbi xidmətə üz tutur. Hətta hərbi hissələri qanunsuz tərk edib gedirlər. Tovuz hadisələri zamanı birim mülki əhalimiz öz evlərini tərk etmədiyi halda Ermənistan ordusunun əsgərləri bir yana zabitləri belə döyüş meydanından qaçırdılar. Bizdə isə əksinə əsgər və zabitlərimiz irəli can atırdı. Mülki vətəndaşlarımız da döyüşə getməyə icazə istəyirdi. Ermənistanm muzdluları dünyanın müxtəlif yerlərindən orduya cəlb edirsə, Azərbaycanda insanlar öz işini, ailəsini tərk edib döyüşə atılmaq istəyir. Bunun səbəbi nədir? Biz Azərbaycan ordusuna xalq ordusu deyə bilərikmi?

- Düşmən ölkə birinci Qarabağ savaşında olduğu kimi , bu dəfə də Yaxın Şərqdəki bir qrup terrorçudan istifadə edib, onları döyüş bölgəsinə gətirib. Məlumatlara görə, hətta Livandan İrəvan aeroportuna erməni terrorçularından ibarət hərbi təyyarə də enib. Hazırda bunun nə dərəcədə düzgün olub – olmamasını, təbii ki, əminliklə bildirmək olmaz. Belə bir məlumat var ki, Yaxın Şərqdəki ermənilər artıq hazırdırlar. Lazım gəldikdə Ermənistana gələcəklər. Elə dünyanın ayrı- ayrı ölkələrində ASALA terrorçu qrupunun azərbaycanlılara hücumu artıq təsdiqlənmiş dəqiq bir faktdır. Biz Los-Ancelesdə ASALA –nın köynəklərini gördük. Moskvada isə kafeyə hücum zamanı ASALA əlcəklərindən istifadə edilməsinin şahidi olduq. Bildiyiniz kimi, Ermənistan , ümümdünya erməni diasporası , erməni kilsəsi və ASALA başda olmaqla terror qrupları bir yerdə sistematik addım atırlar. Tovuz hadisələri dövründə ermənilərin davranışı da bir daha onu göstərdi ki, əvvəlcədən planlaşdırılmış şəkildə həmin istiqamətdə müdafiə naziri David Tonoyanın başçılığı ilə Azərbaycana qarşı təxrbat oldu. Bundan sonra xariçi ölkələrdəki Ermənistan səfirlikləri, diaspora komissarlığı və diaspora təşkilatları azərbaycanlılara qarşı hücumlar təşkil etdilər. Bütün dünyada həm Azərbaycan dövlətini, , həm də azərbaycanlıları ermənilərə qarşı təxribatda günahlandırmağa başladılar . Lakin bu onlara müəssər olmadı; azərbaycanlılar, Azərbaycan dövləti informasiya müharibəsində Ermənistana adekvat cavablar verərək bütün dünyaya göstərmiş oldu ki, Tovuzda ilk hücumu başladan Ermənistan tərəfi özü olub.

- Bəs ümumilikdə bu hücumun məqsədi nə idi?

- Hüçumun əsas məqsədi Ermənistanın havadadarlarının başçılığı altında Azərbaycanın telekommunikasiya , nəqliyyat və enerji layihələrinə təzyiq etməkdir. Eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Ermənistanın bu prokakasiyasına qoşmaq

idi. Amma biz nəyin şahidi olduq? Biz Türkiyə-Azərbaycan hərbi münasibətlərinin dərinləşməsinin şahidi olduq. Bu gün Türk -Azərbaycan hərbi təlimlərinin izləyirik. Ermənistanın bu təxribatı özünün acı məğlubiyyətinə aparıb çıxaran əsas amillərdən biri olacaqdır.

Gülnarə ƏMİRQIZ

Son xəbərlər
Bütün xəbərlər »