Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Misirdən İlon Maskın piramidaların yadplanetlilər tərəfindən inşa edilməsi iddiasına cavab
Xeopsun piramidası

İlon Mask qədim misirlilərin qabiliyyətlərini şübhə altına alıb. “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri Böyük piramidaların yadplanetlilər tərəfindən yaradıldığı fikrini irəli sürüb.

O, bu barədə “Twitter” hesabında yazıb.

TASS xəbər verir ki, fironların vətənində dərhal məsələyə reaksiya verilib.

“Sizi və “SpaceX”i piramidaların necə qurulduğunu araşdırmağa, eləcə də, piramida qurucularının məzarlarını görməyə dəvət edirəm. Cənab Mask, sizi gözləyirik!”, - deyə Misirin Beynəlxalq Əməkdaşlıq naziri Rania əl-Məşat amerikalı iş adamına müraciət edib.

Qədim Misir arxeoloqu və tarixçisi Zahi Havas İ.Maskın açıqlamasını “hallüsinasiya” adlandırıb.

O qeyd edib ki, Böyük piramidanın daxilində piramida qurucuları haqqında yazılar var:

“Mən onları inşa edənlərin məzarlarını tapdım. Orada deyilir ki, bu insanlar misirlilər olub, qul olmayıblar. Böyük piramidaların ətrafındakı bütün qəbirlərdə Xeops ehramı və fironun özü xatırlanır”. (oxu.az)

Paylaş »
››› Üç il əvvəl baş verən ölüm hadisəsi qəza deyil, qətl imiş
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Yağış və dolu yağacaq
››› Sosial şəbəkənin şantaj qurbanları: Cinayət var, cəza yox
››› Türkiyədə dincələn rus: “Asqırmaq olmur”
Son xəbərlər
Bütün xəbərlər »