Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko: “Vaqner”in döyüşçüləri xüsusi olaraq Belarusa göndərilib”
Aleksandr Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəyə daha bir əcnəbi dəstənin gəlməsi barədə məlumatlı olduğunu deyib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, A.Lukaşenko bu barədə prezident seçkiləri öncəsi çıxışında bildirib.

O deyib ki, Minsk yaxınlığında saxlanılan ruslar xüsusi olaraq Belarusa göndərilib.

Belarus Prezidenti ölkədə sabitliyin pozulmasına milyardlarla vəsaitin yönəldildiyi vurğulayıb.

A.Lukaşenko Rusiya tərəfini saxlanılan ruslarla bağlı yalan danışmağı dayandırmağa çağırıb.

Xatırladaq ki, iyulun 29-da Belarus hüquq-mühafizə orqanları Minsk ətrafında xarici özəl hərbi şirkətin 32 döyüşçüsünü saxlayıb. Sonradan məlum olub ki, döyüşçülər Rusiyanın "Vaqner" özəl hərbi qrupunun üzvləridir.

Paylaş »
››› Narazılıqla qarşılanan qərar bu gündən qüvvəyə minir
››› Türkan icra nümayəndəsinin oğlu öz bacısını öldürdü
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rusiya daha 4 ölkə ilə hava əlaqəsini bərpa edəcək
››› Sentyabrın 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »