Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yaxın aylarda bədnam qonşularda vəziyyət lap kritik həddə çatacaq” - Hərbi ekspert

Ermənistan Müdafiə Nazirinin sözcüsü Şuşan Stepanyan bildirib ki, 1 iyul tarixində hərbi xidmətə çağırış başlayandan iyulun 30-na kimi 30 əsgərdə koronavirus aşkarlanıb.

Qeyd edək ki Ermənistan ordusunda acınacaqlı durum hökm sürür və əsgərlərin koronavirusa yoluxmasının geniş yayılıb.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov bildirib.

Üzeyir Cəfərov Üzeyir Cəfərov

Hərbi ekspert bildirib ki, Ermənistan ordusunda acinacaqlı vəziyyətin olduğunu artıq ermənilərin özləri də açıq etiraf edirlər: “Elə Ermənistan Müdafiə Nazirliyinin rəsmisi mayor Şuşan Stepanyanın özü də açıq etiraf edib ki, 1 iyul tarixindən həqiqi hərbi xidmətə çağırış başlayandan iyulun 30-na kimi 30-dan çox əsgər və cavuşda koronavirus aşkarlanıb. Bu hələ rəsmi açıqlanan minimal rəqəmlərdir. Deməli, koronavirusa yoluxanların sayı kifayət eədər çoxdur ki, onlar yalnız bu qədərini göstərə biliblər”.

Üzeyir Cəfərov bildirib ki, erməni əsgər və zabitlərinin çox problemi və qayğıları var: “Sosial media üzərindən yazdıqları fikirlər onu deməyə əsas verir ki, belə gedişlə ümumiyyətlə heç kim təkcə Ermənistanın öz ərazisində deyil, işğal altında olan Azərbaycan ərazilərində xidmət etməyə razılıq verməyəcək. Ona görə ki, elementar gigiyenik tələblər belə ödənilmir, normal qidalanma yoxdur. Sanitar qaydalara qətiyyən əməl edilmir. Bu gözlənilən idi. Yaxın aylarda bədnam qonşularda vəziyyət lap kritik həddə çatacaq. Bütün sadalanan və sadalanmayan çətinliklər düşmən ordusunun mənəvipsixoloji durumuna daha da pis təsir göstərəcək”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »