Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşusunun evindən oğurluq edən tutulub

Masazır qəsəbəsində qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN mətbuat xidmətindən verilən məlumata görə, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birindən oğurluq edilib. Naməlum şəxs evin ikinci mərtəbəsində pəncərəni qıraraq içəri daxil olub və oradan televizor, tozsoran, qızıl-zinət və digər məişət əşyalarını oğurlayıb.

Zərərçəkən hadisə barədə Abşeron Rayon Polis İdarəsinə məlumat verən kimi oğurluğu törədən şəxsin axtarışlarına başlanılıb. Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Əvəz Məmmədov saxlanılıb. O, ifadəsində qeyd edilən məzilin sahibi ilə qonşu olduğunu və narkotik vasitələrə olan asılılığı səbəbindən oğurluq etdiyini bildirib.

Əvəz Məmmədov barəsində Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Milli Qəhrəmanımız doğulduğu torpaqlar uğrunda döyüşlərdə həlak olub
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
››› Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib
Son xəbərlər
Bütün xəbərlər »