Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin ABŞ-ı təhdid etdi: Pandoranın qutusunu açmayın!

Çinin Xarici İşlər Nazirliyi ABŞ-ı Tik-Tok sosial şəbəkəsi ilə bağlı təhdid edib. Tik-Tokun satılması tələbini etməklə Tramp Pandoranın ölüm saçan qutusunu açmış olacaq və bunda da yalnız ABŞ məsuliyyət daşıyacaq”,- deyə Çinin XİN rəsmisi Van Venbin bildirib.

Qeyd edək ki, bir neçə müddət öncə ABŞ prezidenti Donald Tramp sentyabrın 15-nə qədər Tik-Toku satmağı tələb etmişdi. O bildirmişdi ki, əgər Tik- Toku Microsoft və ya başqa bir şirkət almasa, o ləğv ediləcək.

“Əgər bu yanlış məntiqlə hərəkət etsə, istənilən ölkə öz milli təhlükəsizliyi adı altında istənilən ABŞ şirkəti ilə eyni şəkildə davransa, nə olacaq? ABŞ Pandoranın qutusunu açmasın, yoxsa, əməlinin acı bəhrəsini özü dadacaq”.

O, Vaşinqtonu beynəlxalq qanunlara əməl etməyə və amerikan xalqını iqtisadi məsələləri siyasiləşdirməməyə çağırıb.

Bizimyol.info-nun məlumatına görə, Tramp Tik Toku öz məlumatlarını Çin hökumətinə ötürdüyünə görə, bağlamağı tələb edirdi. Tik Tok rəhbərliyi öz növbəsində bildirib ki, heç bir kəsə izləyicilərinin şəxsi məlumatlarını ötürməyib.

Ötən bazar günü Microsoft Trampla məsləhətləşmələrdən sonra Tik Toku ala biləcəyini bəyan edib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »