Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əhali yenidən 90-cı illərin iqtisadi şokunu yaşaya bilər

Əvvəlki iqtisadi siyasətin davam etdirilməsi, qarşıdakı illərdə tam fəlakətlə nəticələnə bilər. Çünki büdcədən qidalanan təbəqənin real gəlirlərinin dəfələrlə azalması labüddür.

Bizimyol.info xəbər verir ki,bu fikirləri iqtisadçı Qaşqay İsmayıl səsləndirib. Onun fikrinə görə, insanlar stabil həyat tərzinə narkotik kimi alışdığına görə, qarşıdan gələn çətinliklər sosial gərginliyə səbəb olacaq:

Qaşqay İsmayıl Qaşqay İsmayıl

“Azərbaycanda təqaüd, müxtəlif növ müavinət və ödəniş alanların sayı 2 milyon nəfərdən artıqdır, bura dövlət sektorunda çalışan 1 milyon nəfəri də əlavə etsək, əhalinin böyük əksəriyyətinin büdcədən asılı olduğunu görə bilərik. İşsizliyin xüsusən də gənclər arasında yüksək olmasına baxmayaraq, büdcədən qidalanan təbəqənin sayəsində ailələrin əksəriyyətinin minimum ehtiyacları ödənilir və bu yolla hökumət sosial gərginliyin qarşısını almağa nail olur.

Lakin məsələ burasındadır ki, mövcid iqtisadi model sona çatmaq üzrədir. Tamamilə neftdən asılı iqtisadiyyat hasilatın azalması, qiymətlərin enməsi və ümumiyyətlə indiyə qədər mövcud olan qlobal iqtisadi paradiqmanın dəyişməsi səbəbindən əvvəlki gəlirlərini itirir. Əhalinin qidalandığı stabil, lakin cüzi mənbələri maliyyələşdirmək getdikcə daha da çətinləşir.

Belə olduğu halda, əvvəlki iqtisadi siyasətin davam etdirilməsi, qarşıdakı illərdə tam fəlakətlə nəticələnə bilər. Çünki büdcədən qidalanan təbəqənin real gəlirlərinin dəfələrlə azalması labüddür və azalmağa məhkumdur. İnsanlar büdcədən qidalanmağa və stabil həyat tərzinə narkotik kimi alışdığından, qarşıda gözlənilən sərt dəyişikliklər böyük sosial gərginliklərlə müşayiət olunacaq.

Ona görə də mövcud maliyyə resurslarını büdcəni doldurmaq və indiki həyat tərzini saxlamaq əvəzinə, çətin, amma vacib iqtisadi islahatlara, ilk növbədə pensiya sisteminin optimallaşdırılmasına, büdcə təşkilatıarından ixtisar olunanlar üçün iş yerlərinin yaradılmasına və s. sərf etmək lazımdır. Əks təqdirdə, Azərbaycan əhalisi yenidən 90-cı illərin iqtisadi şokunu yaşaya bilər”.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »