Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əgər dayanmadan yemək istəyib, özünüzü əzgin hiss edirsinizsə… - Hormon çatışmazlığı

Orqanizmdə hansı hormonun çatışmadığını necə təyin etmək olar? Həkimlər ilk iş olaraq qan analizi verməyi tövsiyə edəcəklər. Lakin bəzi əlamətlər var ki, bədəndə hansı hormonun defisitinin mövcud olduğunu göstərə bilər və özünüz də bunu müəyyən edə bilərsiniz.

Bu gün biz sizə həkim məsləhəti deyil, təyin etdiyiniz əlamətlər varsa bunu hansı qidalarla qaydaya salmaq yolları barədə danışacağıq.

Bəzən insan bütün gün fiziki aktivliklə məşğul olub, sağlam qidalansa da artıq çəkidən xilas ola bilmir. Mütəxəssislərin fikrinə görə, qida rasionunu öz hormonal tipinə uyğunlaşdırmaq vacibdir, o zaman hər şey ölü nöqtədən tərpənəcək.

İnsan orqanizmində 4 ən vacib hormon adrenalin, xolin, serotonin və tiroksin hesab edilir. Gündəlik həyatda onların disbalansı demək olar ki sezilmir. Lakin müasir stress şəraiti bizim normal ahəngimizi pozur, stresslə baş etmək üçün əlinə keçəni yeyənlər də var, ümumiyyətlə iştahı küsənlər də.

Öz hormonal tipini necə müəyyənləşdirmək olar? Sadəcə əlamətlərlə.

Birinci tip-adrenalin

Sabahlar bir fincan qəhvə içmədən oyana, aktivləşə bilmirsən. Həyəcan keçirərkən mütləq nəsə yemək istəyirsən, xüsusən şirniyyata üstünlük verirsən, çox tərləyirsən, diqqət toplamaq gərəkən işlərdə çətinlik çəkirsənsə adrenalin azlığı var.

Nə etmək olar?

Alkoqol, pendir, sirkə qatılmış qidalardan uzaq durmaq lazımdır. Amin turşuları- tirozin adrenalin səviyyənizi yüksəldə bilər. Səhərlər kofeni yaşıl çayla əvəz edin. İştahınız olmasa, belə metobolizmi sürətləndirmək üçün yüngülvari yemək lazımdır. Ən azından yoqurt və qatıq içmək olar. Gündüz yeməyiniz şorba, ət və ya balıq, tərəvəz salatından ibarət olmalıdır. Şam yeməyi isə yalnız zülaldan ibarət olmalıdır. Bir tikə balıq və ya ət.

Qoz və lobya yaxşı tirozin mənbəyidir.

İkinci tip- Xolin

Xolin çatışmazlığının əlamətləri: Həmişə nəyisə unudursunuz, buna görə edəcəyiniz işlərin siyahısını yazırsınız. Sizi əsəbləşdirmək, narahat etmək çox asandır. Dərhal əsəbləşir və tarazlığı itirirsiniz. Bəzən bu qarın ağrısı və qulaq küyü ilə müşayət olunur. Əhval ruhiyyə və yaddaşa cavab verən hormon xolindir. O sizdə azlıq təşkil edirsə günə düzgün qidalanma ilə başlayın. Qayğanaq və ya soyutma yumurtaya üstünlük verin. Yumurta xolin mənbəyidir. Balqabaq tumu daxili narahatlıq və stressdən sizi xilas edəcək. Özünüzlə həmişə balqabaq tumu gəzdirin və lazım olduqca yeyin. Nahar  yeməyinə paxla, noxud, balıq, axşam yeməyindən sonra nanəli və melisa çayı sakitləşdirici təsir edir.

Serotonin

Həyəcan keçirəndə gün içində heç nə yeməsəniz də acmırsınız, gecə yesəniz belə, dolu mədəylə də yuxunuz gəlmir, həyəcan əl çəkmir? Demək serotonin defisiti yaşayırsınız.

Nə etmək olar?

Amin turşuları, triptofan xoşbəxtlik hormonu serotoninin və sakitlik hormonu melaninin əsas tikinti materialıdır. Günə sıyıq və meyvə yeməklə başlayın. Gün içində qoz yeməyi unutmayın. Naharda mütləq yeməyin yanında tərəvəz salatı, Omeqa3-lə zəngin olan zeytin və günəbaxan yaxından istifadə edin( çiy halda). Həftədə bir dəfə yağlı balıq növlərindən birindən istifadə edin ki, triptofan əskikliyi yaşamayasınız( losos, farel, tunets, sardina)

Tiroksin tipi

Saçların ucu quruyur, dəridə quruluq hiss olunur, həzm prosesində problemlə yaranır, dırnaqlar zəifləyib qırılır, üşüyürsünüz və tez yorulursunuz. Bütün bunlar qalxanvari vəzin məhsulu olan tiroksin azlığından xəbər verir.Tiroksin orqanizmdə maddələr mübadiləsini tənzim edir.

Neyləmək olar?

Aminturşuları tirozin olan qidalara üstünlük verilməlidir, eləcə də yod, sink, selen olan maddələrə. Məsələn zülallı qidalar sizin əsas rasionunuz olmalıdır. Kəsmik, meyvə, mərci salatı, ət, balıq yemək vacibdir.

Qeyd edək ki, sink mal və qoyun ətində, xərçəng, krab, şokolad və fıstıqda, yod xurma və dəniz məhsullarında, serotonin qoz və badamda daha çoxdur. Balanslı qidalanma ilə yanaşı fiziki iş və idman da vacibdir. Məhz hərəkət və iş stresi azaldır, əhvalı yüksəldir.

Xatırladaq ki, hormonların çatışmazlığı özü ilə bir sıra xəstəliklərə də qapı aça bilər. Əgər deyilənlər sizxdə yüksək səviyyədədirsə həkimə müraciət edin, çünki yalnız qidalanma ilə problem həllini tapmayacaq.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »