Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prokurorluq qadının güllələnməsi ilə bağlı məlumat verib

Avqustun 4-də saat 01 radələrində Qazax rayonu ərazisində 1973-cü il təvəllüdlü Maral Osmanlının güllələnməsi və aldığı xəsarətlər nəticəsində ölməsi barədə məlumat daxil olub.

Bizimyol.info xəbər verir ki, Qazax rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin əri Ayaz Osmanlının təmizlik işləri apararkən təklülə ov tüfəngini açmaq istəyərkən barmağının tətiyə toxunaraq atəş açılması nəticəsində qarşısında dayanan arvadı Maral Osmanlıya xəsarət yetirərək onu ehtiyatsızlıqdan öldürməsinə əsaslı şübhələr yaranıb.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› Yeni Füzuli şəhərinin baş planı necə olacaq...
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Rəqib komandanın qoluna sevinən futbolçunu məhşər ayağına çəkirlər - Video
››› “DSX-nın rəhbər şəxsləri hərbi biletimə haqsız yerə xidmətə uyğunsuzluq maddəsi vurub”
Son xəbərlər
Bütün xəbərlər »