Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Paşinyan uğursuzluqlara görə təxribatdan başqa heç nəyə nail olmayan diaspora nazirliyini günahkar hesab etdi”

“Ermənistanda diaspora siyasəti üzrə məşğul olan struktur nazirlikdir, komitə yox. Diaspora siyasəti ilə məşğul olan nazirliyin Ermənistanın idarə olunmasında, ildə bir neçə dəfə ayrı-ayrı ölkələrdə vətənə yardım adı altında “xeyriyə” tədbirlərinin keçirilməsi, dünya ermənilərinin kriminal yollarla qazandıqları çirkli pulların yuyulmasında müstəsna rolu vardır”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.

Nəsib Məhəməliyev Nəsib Məhəməliyev

Deputat qeyd edib ki, Tovuz hadisələrindən sonra dünyanın bir çox ölkələrində soydaşlarımızın keçirdiyi dinc nümayişlər qarşısında erməni diasporasının təxribatları, bəzi ölkələrdə silahlı hücumları, 100 ildən bəri formalaşmış mifi dağıtdı: “ABŞ-da, Belçikada, Ukraynada və başqa ölkələrdə onlarla erməni həbs edildi. Həmin ölkələrin hakmiyyət oqranları soydaşlarımızın dinc aksiyalarına dəstək verdilər və ermənilərin əsl simasını gördülər. Müstəqillik tariximizdə ilk dəfə idi ki, Amerika qitəsindən tutmuş Avropa və Asiyada ölkələrində belə möhtəşəm aksiyalar keçirilirdi. Düşmən belə bir həmrəylik gözləmirdi. Praktiki olaraq, erməni diasporası təxribatdan başqa heç nəyə nail olmadı. Paşinyanın uğursuzluqlara görə diaspora nazirliyini günahkar hesab edərək vəzifəli şəxsləri işdən azad etməsi isə bunun etirafıdır.

Paşinyanı çətin vəziyyətə salan amillər isə həddindən çoxdur. Daxili və xarici siyasətdə təcrübəsiz, qeyri-peşəkar, ümumiyyətlə tutduğu vəzifədə təsadüfi bir adam olmasıdır. Populist, sistemsiz davranışları ilə müttəfiqlərini belə qıcıqlandıran liderlik keyfiyyətlərindən uzaq sıradan birisidir”.

N.Məhəməliyev güclü “erməni lobbisi” mifini fəaliyyətə başladığı ilk gündən, Azərbaycan Prezidenti İlham Əliyev apardığı siyasəti ilə hər yerdə ifşa edir: “İndiki və əvvəlki rəhbərlərini müxtəlif beynəlxalq tədbirlərdə öz savadı, dünyagörüşü, şəxsiyyəti ilə mədəni şəkildə aşağılayır. Əsl erməni xislətini dünyaya tanıdır. Ölkə daxilində və bir çox xarici ölkələrdə soydaşlarımızın milli birlik nümayiş etdirməsi isə, bu siyasətin məntiqi nəticəsidir”.

Ramid İbrahimov

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
Son xəbərlər
Bütün xəbərlər »