Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qatil 50-yə yaxın insanı timsahlara yem edib

Hindistanda qurbanlarının meyitlərini timsahlara yem edən seriyalı qatil ələ keçib.

Bu barədə CNN xəbər yayıb.

İxtisasca həkim olan Devendra Şarma 1995-ci ildə dələduzluğun qurbanı olaraq iflas edib. Həmin vaxtdan etibarən o, qazancını cinayətlərdən çıxarıb: əvvəlcə saxta qaz balonlarının satıb, sonra daxili orqanların qara bazarında işləyib, öz etirafına görə, 125-dən artıq qeyri-qanuni böyrək transplatansiyası əməliyyatı həyata keçirib.

Uttar-Pradeşdə Şarma və əlbir olduğu adamlar qarətlə məşğul olublar. Onlar taksi çağırır, tənha ünvana sifariş edir və orada sürücünü öldürüblər. İzi itirmək üçün meyit timsahlara atılır, maşın isə satılırdı.

Şarmanın etirafına görə, bu yolla 50-yə yaxın taksi sürücüsünü öldürüb.

Hər cinayət ona 270 dollar gəlir gətirib.

2004-cü ildə Şarma həbs olunub və ömürlük həbs cəzasına məhkum edilib, lakin 2020-ci ilin yanvarında müvəqqəti olaraq azadlığa buraxılıb. Həkim 20 gündən sonra həbsxanaya geri qayıtmalı idi, amma bunu etməyib. Qaçaq məhbus altı aydan sonra tapılıb. Paytaxt Dehliyə gedərək, dul qadınla evlənən 62 yaşlı Şarmanın həbsxanaya geri qayıtmaq planı yox imiş.(oxu.az)

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
Son xəbərlər
Bütün xəbərlər »