Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Rusiya XİN-dən Belarusda saxlanılan vətəndaşları ilə bağlı məlumat
xin--0--0-0-0-0

Rusiya Belarusda saxlanılan vətəndaşlarının azad edilməsində israr edir. “Qafqazinfo” bildirir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Qeyd edilib ki, RF XİN başçısının müavini Andrey Rudenko Belarusun Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Semaşko ilə görüşüb. Rusiya XİN-dən bildiriblər ki, “əsassız və uydurma bəhanə ilə Rusiya vətəndaşlarının həbsi iki ölkə və xalqlar arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin ruhuna uyğun gəlmir”.

Rusiyanın Belarusdakı konsulu Kirill Pletnyov isə "Rossiya-1" telekanalında bildirib ki, saxlanılan şəxslər Minskdən keçməklə İstanbula, oradan isə Latın Amerikası ölkələrindən birinə getmək istəyiblər.

Xatırladaq ki, daha əvvəl Rusiyanın “Vaqner” özəl hərbi qrupunun döyüşçüləri Belarusda saxlanılıb. Onların barəsində “Terror aktının hazırlanması” maddəsi ilə cinayət işi açılıb. Belarus İstintaq Komitəsindən bildirilib ki, saxlanılanlar respublikalarda kütləvi iğtişaşların təşkilində şübhəli bilinirlər. Moskva isə bildirib ki, Rusiya vətəndaşlarının respublikada daxili siyasi proseslərə aidiyyatı yoxdur.

Paylaş »
››› Ehtiyatda olan hərbçilərin təlimə çağırılmasında məqsəd... - Aktual şərh
››› Pakistan niyə Ermənistanla birlikdə hərbi təlimlərə qoşulur...
››› Məktəblərin yenidən bağlanması xəbərinə rəsmi açıqlama
››› Müharibə anonsları - Yunanıstan və Ermənistan eyni cəbhədə
››› Orduya vətəndaşlardan "pick-up” yığılması barədə xəbərlərlə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »