Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsində tədris ili xaosla başlayır: şagirdlər dəhlizdə də maska taxacaq
Azərbaycanda maska qıtlığı

Almaniya mətbiatı indi daha çox Berlində karantin rejiminin əleyhinə keçirilən aksiyalardan və yeni tədris ilindən söz açır. Qarşıdakı bir həftə ərzində ölkənin əksər yerlərində dərslər başlayır.

Bizimyol.info xəbər verir ki, Almaniyada yeni tədris ilinə xaosla start verilir. Ölkə qəzetlərini oxuyanda da belə təəssürat yaranır.

“Berliner Morgenpost” yazır ki, bir həftə sonra dərslər başlayacaq, amma qaydalar hələ tam hazır deyil. Şagirdlər hətta dəhlizdə də maska taxacaq. Qəzet bunu məntiqsiz qərar adlandırıb.

“Hannoversche Allgemeine Zeitung”un materialında da məktəblərin şagirdləri qəbul etməyə hazır olduğu qabardılıb. Hesab edilir ki, Almaniya hökuməti yeni tədris ili ilə bağlı qərar verəndə bir çox amilləri nəzərə almayıb.

“Neue Osnabrücker Zeitung” və “Süddeutsche Zeitung” da yazılarında karantinlə bağlı bir çox qərarları tənqid edib. Amma Berlində 20 min nəfərlik aksiyaya isti yanaşılmır. Qəzetlər bunun acı nəticəsi olacağından ehtiyatlanır.

Paylaş »
››› Narazılıqla qarşılanan qərar bu gündən qüvvəyə minir
››› Türkan icra nümayəndəsinin oğlu öz bacısını öldürdü
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rusiya daha 4 ölkə ilə hava əlaqəsini bərpa edəcək
››› Sentyabrın 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »