Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Öz xalqına düşmən olan Soros başqalarına niyə dost görünür...

Bu gün Ermənistanla Rusiya arasında yaranmış böhranın əsas səbəbkarı, adı tez- tez hallanan Soros kimdir?

Bizimyol.info Soros barədə qısa məlumatı təqdim edir.

90 yaşlı bu amerikalı maliyyəçi, investor, iş adamı, siyasi fəal və filantropdur.

"Açıq cəmiyyət" nəzəriyyəsinin tanınmış təmsilçisi, eyni adlı institutun qurucusu və bazar fundamentalizmi nəzəriyyəsinin düşmənidir. Fəaliyyəti bir sıra ölkələrdə birmənalı qarşılanmır. Maliyyə möhtəkiri kimi də ad çıxaran Corcun ləqəbi "İngiltərə bankını dağıdan şəxs"dir.

Nüfuzlu "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən zəngin şəxsləri arasında onun adı 29-cu sırada göstərilib. C.Sorosun sərvəti 29 milyard $ məbləğində qiymətləndirilir.

Hal-hazırda o, "Soros" İdarəetmə Fondunun sədri və Açıq Cəmiyyət İnstitutunun rəhbəridir. Həmçinin, o, ABŞ-ın Xarici Əlaqələr Komissiyasının Direktorlar Şurasının keçmiş üzvüdür. Digər tərəfdən, C.Soros Amerika İnkişaf Mərkəzinin üç qurucusundan biridir.

Bütün iqtisadi tərəddüd və böhranlarda Sorosun "Quantum Fond”unun adı hallanır. Sonrakı proseslərin təhlili göstərir ki, Sorosun fondları maliyyə bazarına süni müdaxilələrlə qısa müddətli durğunluq yarada bilir və bu müddətdən istifadə edərək dərhal müxtəlif əməliyyatlar apararaq milyonlarla dollar qazanc əldə edir. 1997-ci il Şərqi Asiya iqtisadi böhranında, 1998-ci il Rusiya iqtisadi böhranında Soros fondlarının əməyi var. Maraqlıdır ki, Soros hətta İngiltərəyə belə rəhm etməmişdir. Soros Fondunun əsas fəaliyyət mexanizmi iqtisadi asılılıq üzərində qurulub.O, milli dövlətlərin borclanmasına və asılı duruma düşməsinə şərait yaradır. Dünyanın bir sıra ölkələrində Soros fondlarının fəaliyyəti dayandırılıb və ya məhkəməyə verilib. Hələ 2012-ci ildə Rus kəşfiyyatı müəyyən etmişdir ki, Soros İsveç və Danimarka derivativləri vasitəsilə Rusiya Fond bazarına hücum etmək niyyətindədir. Məhz bundan sonra Rusiyada qeyri hökumət təşkilatlarının xaricdən maliyyələşdirməsinin qadağan edilməsi ilə bağlı qərar qəbul olundu. Azərbaycanda,Belarusda, Özbəkistanda, Türkmənistada da Açıq Cəmiyyət İnstitutunun fəaliyyəti qadağan olunub. Soros hər dəfə birjada hansısa valyutanın məzənnəsinə təsir etmək üçün əvvəlcə kütləvi informasiya vasitələri və analitik nəşrlər tərəfindən informasiya hücumu təşkil edir. Məhz bu səbəbdən də Soros fondları bir çox məşhur medya qurumlarını və nəşrlərini, beyin mərkəzlərini maliyyələşdirir.

Sorosun milli-mənəvi dəyərlərə düşmən olmasını Qərb mətbuatı da təsdiq edir. 2010-cu ildə "Washington Post” qəzetində iddia edilmişdir ki, Sorosun fikrincə din, milli maraqlar, ailə relikt institutlardır və onları aradan qaldırmaq lazımdır. Bu baxımdan da Sorosun insan haqları təşkilatlarının əsas hədəfi milli mentalitetə yönəlmişdir. Fikrimizcə, ailə dəyərlərinin son illər dəyişikliyə məruz qalmasında da Qərbdə maraqlı qüvvələr var və onlar daha çox televiziya və internet vasitəsilə sadə insanlara təsir imkanlarına malikdirlər.

Sorosun Ermənistana rəhbər təyin etdiyi Paşinyan bu gün Rusiya ilə öz ölkəsini qarşı – qarşıya qoyub. Bu gün Sorosun Ermənistana təyin etdirdiyi hakimiyyətin də mənəviyyatsız, vandal və vəhşi davranışında təəccüblü nə isə axtarmaq əbəsdir.l.

Çünki, Paşinyan da sahibinə bənzəyib. Corc Sorosun əsl üzünü 1988-ci ildə verdiyi müsahibə ilə görmək olar. Artıq unudulmaqda olan bu müsahibə bu gün yenidən aktuallıq kəsb etməyə başlayıb. Çünki dünyanın idarə olunmasında, prezidentlərin və hökumət başçılarının təyin olunmasında bilavasitə rol oynayan bu canavar pəncəsini xalqların qanına bulamaqdan zövq alır.

Onu 1988-ci ildə Malyziyada, Yaponiyada, Rusiyada yaşanmış böyük böhranlarda ittiham edən jurnalistə Soros “Məni çox şeydə ittiham edirlər deyir. Mən sadəcə orda pul qazanırdım. Mən sosial nəticələrə baxa bilmərəm və baxmıram. Mən çalışıram düzgün hərəkət edim, lakin bu düzgün hesab etdiyim hərəkətlər mənfi nəticələrə səbəb ola bilər. Bazarın oyunçusu kimi mən qələbə üçün rəqabət aparıram. Bu mən olmasam da bir başqasının edəcəyi əməllərdir. Mən cəlb olunduğum heç nə üçün günahkar deyiləm”,- cavabını verib. Yəni qısası dünyanı özünün gəlir götürdüyü bazar hesab aetdiyini açıqca etiraf edir. Bu nəyin bahasına olursa olsun.

-Siz macar yəhudisisiniz, özünüzü xristian adlandıraraq Xolokostdan can qurtarmış və haminizin yanında böyümüsünüz

-Bəli

-Sonralar yəhudilərin əmlkakının əllərindən alınmasında da iştirak etmisiz.

- Bəli.

-Çətin deyildi?

-Əsla yox

- Özünüzü günahkart hesab edirsiniz?

-Günah duyğusu hiss etmirəm, bu marketinqdir, biznesdir. Mənəviyyatsız və mənəviyyatı olan Soros eyni adamdır.Mən orda olmasam da, yəhudilərin əmlakını əllərindən alacaqdılar.Mənim orda olub olmamam , şahidlik etməm əhəmiyyət kəsb etmir.Buna görə özümü günahkar hesab etmirəm.

Biz şərh vermirik, düşünmək sizlikdir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »