Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentin köməkçisi: “Pandemiya ilə əlaqədar dövlət tərəfindən vətəndaşlara dəstək paketləri davam etdiriləcək”

"Dövlət tərəfindən koronavirus pandemiyası başlayandan vətəndaşlara dəstək paketləri davam etdirilir və bundan sonra da davam etdiriləcək”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, işçi saylarında azalmaya yol verilməməsi xüsusi diqqətdədir.

H. Hacıyev dünya üzrə 60 milyondan çox insanın yoxsulluğun ən aşağı həddinə düşəcəyini bildirib: “Dünyada 100-dən artıq ölkəyə yardımlar edilib. Dünya ölkələri borclanmaya gedir. Azərbaycanda isə vəziyyət fərqlidir. Ölkəmiz borclanmaya getmir. Əksinə, vətəndaşlarımızın iqtisadi baxımdan dəstəklənməsi üçün xüsusi paketlər verilməkdədir”.

Son xəbərlər
Bütün xəbərlər »