Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İki rayon sərt karantin rejimi zonasından çıxarıldı, bir rayon yenidən daxil edildi

İki rayon sərt karantin rejimi zonasından çıxarıldı, bir rayon yenidən daxil edildi

Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq şəhər və rayonların siyahısından Siyəzən və Şəki rayonları çıxarılıb.

"Report" xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, avqustun 5-dən sonra qeyd olunan rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.

Yeni qərarla siyahıya Salyan rayonu yenidən daxil edilib.

Beləliklə, COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq:

Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları.

Qeyd edək ki, avqustun 5-dək sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Siyəzən, Şəki, Xaçmaz, Goranboy və Göygöl rayonlarını əhatə edir.

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Putindən NATO-ya təklif
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
Son xəbərlər
Bütün xəbərlər »